Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Təhsil eksperti: “TəhsilPlus” kartları müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək
MANŞETÖZƏL

Təhsil eksperti: “TəhsilPlus” kartları müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək

08 İyun 2026 2 Min Read
PAYLAŞIN:

İyunun 4-də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əhatə etdiyi ali və ümumi təhsil müəssisələrində çalışan təhsil işçilərinə “TəhsilPlus” kartlarının təqdimat mərasimləri keçirilib.

Layihənin ölkə üzrə ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib. Məqsəd regionlarda fəaliyyət göstərən təhsil işçilərinin sosial rifahına dəstək olmaq, onların müxtəlif güzəşt və imtiyazlardan yararlanmaq imkanlarını genişləndirməkdir. Bu çərçivədə region üzrə tərəfdaş şəbəkəsi də formalaşdırılıb.

Təhsil eksperti Ramin Nurəliyev mövzu ilə bağlı Paraqraf.com-a açıqlamasında bildirib ki, “TəhsilPlus” kartlarının tətbiqi istiqamətində hazırlıq işləri uzun müddətdir aparılırdı:

“Bu kartların müəllimlərə təqdim olunması təhsil işçilərinin sosial təminatının gücləndirilməsi baxımından mühüm addımdır. Hesab edirəm ki, zaman keçdikcə kartların təqdim etdiyi imkanlar daha da genişləndiriləcək. Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, inkişaf etmiş bir çox ölkələrdə təhsil işçiləri üçün oxşar layihələr mövcuddur. Azərbaycanda da belə təşəbbüslər təhsilin inkişafına və müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir”.

Ekspert qeyd edib ki, layihənin regionlardan başlaması dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğının göstəricisidir:

“Elm və Təhsil Nazirliyinin müxtəlif müəssisə və təşkilatlarla əməkdaşlığı nəticəsində kartların istifadə imkanlarının daha da artacağı gözlənilir. Bu da müəllimlər üçün əlavə üstünlüklər yaradacaq. Daha əvvəl tələbələrin sosial dəstəyi istiqamətində də oxşar təşəbbüslərin şahidi olmuşuq. Müəllimlər üçün nəzərdə tutulan bu layihənin davamlı və genişmiqyaslı şəkildə həyata keçirilməsi məqsədəuyğundur”.

R.Nurəliyev vurğulayıb ki, regionlarda müəllim çatışmazlığının aradan qaldırılması üçün əlavə sosial dəstək mexanizmlərinə ehtiyac var:

“Bu gün bir çox müəllim regionlarda işləməyə maraq göstərmir. Ona görə də regionlarda çalışan müəllimlərin mənzil təminatı və digər sosial güzəştlərlə dəstəklənməsi vacibdir. Belə addımlar həm müəllimlərin motivasiyasını artırar, həm də təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərər”.


Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanla Türkiyə arasında “Sıfır Tullantı” konsepsiyası çərçivəsində fikir mübadiləsi aparılıb

Next

MEDİA-da məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved