Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycanla Türkiyə arasında “Sıfır Tullantı” konsepsiyası çərçivəsində fikir mübadiləsi aparılıb
SİYASƏT

Azərbaycanla Türkiyə arasında “Sıfır Tullantı” konsepsiyası çərçivəsində fikir mübadiləsi aparılıb

07 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov İstanbulda keçirilən “Sıfır Tullantı Forumu 2026” çərçivəsində “Məhsul yığımından sonrakı itkilərin azaldılması – Qida təchizat zəncirində səmərəliliyin artırılması” mövzusunda keçirilən tədbirdə iştirak edib.

Agentlikdən Paraqraf.com-a verilən məlumata görə, AQTA sədrinin müavini tədbir çərçivəsində Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Ahmet Gümen ilə görüşüb.

Görüş zamanı “Sıfır Tullantı” konsepsiyası çərçivəsində fikir mübadiləsi aparılıb, qida itkiləri və israfının azaldılması istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Tərəflər qida təhlükəsizliyinin təmin edilməsi, heyvan və bitki sağlamlığının qorunması, eləcə də qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi sahəsində əməkdaşlığın uğurla davam etdiyini qeyd ediblər. Qida təhlükəsizliyi nəzarətinə aid məhsullar üzrə iki ölkə arasında ticarət dövriyyəsində müşahidə olunan müsbət dinamika və bu istiqamətdə perspektivdə görüləcək işlər müzakirə olunub.

Görüşdə heyvan mənşəli qida məhsullarının ixrac prosedurlarının sadələşdirilməsi, Azərbaycanda istehsal olunan süd və balıq məhsullarının, həmçinin sümük ununun Türkiyə bazarına ixracı ilə bağlı görülən işlər nəzərdən keçirilib. Bu məhsulların ixrac prosesinin sürətləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.

Eyni zamanda, iri və xırdabuynuzlu heyvanların identifikasiyası sahəsində fikir mübadiləsi aparılıb. Naxçıvan Muxtar Respublikasının əlverişli coğrafi mövqeyi və logistik imkanlarının regionun ixrac potensialının artırılmasında rolu da müzakirə mövzularından biri olub.

Görüşün sonunda qarşılıqlı əməkdaşlığın bundan sonra da intensiv şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Həsən Məmmədov: “Əgər Samvel Karapetyan gələcəkdə hakimiyyətə gəlsə Ermənistanın daxili siyasi sistemində dəyişikliklər olacaq”

Next

Təhsil eksperti: “TəhsilPlus” kartları müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək

Copyright 2026— Praqraf.com. All rights reserved