Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Həsən Məmmədov: “Əgər Samvel Karapetyan gələcəkdə hakimiyyətə gəlsə Ermənistanın daxili siyasi sistemində dəyişikliklər olacaq”
MANŞETÖZƏL

Həsən Məmmədov: “Əgər Samvel Karapetyan gələcəkdə hakimiyyətə gəlsə Ermənistanın daxili siyasi sistemində dəyişikliklər olacaq”

07 İyun 2026 3 Min Read
PAYLAŞIN:

Ermənistanda son dövrlər siyasi proseslər yenidən diqqət mərkəzinə çevrilib. İş adamı və ictimai xadim Samvel Karapetyanın siyasi arenada daha fəal görünməsi ölkənin gələcək idarəçiliyi ilə bağlı müxtəlif ehtimalları gündəmə gətirib. Bəzi ekspertlər onun hakimiyyətə gəlişinin Ermənistanın daxili və xarici siyasətində ciddi dəyişikliklərə səbəb ola biləcəyini bildirirlər. Karapetyanın mümkün siyasi kursunun iqtisadiyyat, regional münasibətlər və ölkənin geosiyasi mövqeyinə necə təsir edəcəyi isə müzakirə mövzusu olaraq qalır.

Jurnalist, siyasi şərhçi Həsən Məmmədov “Paraqraf.com”a bildirib ki, Samvel Karapetyanın Ermənistan siyasətində fəallaşması təsadüfi proses deyil:

“Son illər Ermənistan daxilində hakimiyyətə qarşı narazılığın artması, iqtisadi problemlərin tam həll olunmaması və müxalifətin yeni siyasi fiqur axtarışları bəzi iş adamlarının siyasi səhnəyə çıxmasına şərait yaradır. Karapetyan uzun illər Rusiyada fəaliyyət göstərən iri biznesmen kimi tanınır və onun siyasi ambisiyalarının artması Ermənistanın gələcək siyasi kursu ilə bağlı müxtəlif suallar doğurur. Əgər Samvel Karapetyan gələcəkdə hakimiyyətə gəlsə, ilk növbədə, Ermənistanın daxili siyasi sistemində müəyyən dəyişikliklər müşahidə oluna bilər. O, biznesmen olduğu üçün iqtisadiyyatın liberallaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması və xarici kapitalın cəlb edilməsi istiqamətində addımlar atmağa çalışacaq. Lakin Ermənistan iqtisadiyyatının əsas problemləri yalnız investisiya çatışmazlığı ilə bağlı deyil, ölkədə demoqrafik geriləmə, miqrasiya, işsizlik və təhlükəsizlik amilləri iqtisadi inkişafın qarşısında duran əsas maneələr olaraq qalır. Bu səbəbdən, Karapetyanın iqtisadi sahədə sürətli nəticələr əldə etməsi asan görünmür”.

Həsən Məmmədov Karapetyanın hakimiyyətə hansı siyasi qüvvələrin dəstəyi ilə gələ biləcəyi məsələsinə də toxunub:

“Karapetyanın Rusiyada formalaşmış biznes əlaqələri Ermənistan daxilində onu Moskva ilə yaxın münasibətlərin tərəfdarı kimi təqdim edə bilər. Bu isə hazırkı hakimiyyətin son illərdə Qərbə inteqrasiya siyasətindən müəyyən qədər fərqlənən kursun formalaşmasına səbəb ola bilər”.

Şərhçi əlavə edib ki, Azərbaycan-Ermənistan münasibətlərində əsas determinant şəxslərdən daha çox regional reallıqlardır:

“İkinci Qarabağ müharibəsindən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb və Ermənistan istənilən halda bu reallıqları nəzərə almağa məcburdur. Karapetyan hakimiyyətə gəlsə belə, Azərbaycanın ərazi bütövlüyü məsələsini yenidən müzakirə predmetinə çevirmək imkanına malik olmayacaq. Çünki beynəlxalq hüquq və regiondakı siyasi vəziyyət buna imkan vermir. Bununla yanaşı, onun hakimiyyəti dövründə sülh danışıqlarının tempi dəyişəcək. Əgər Karapetyan daha çox milli-mühafizəkar elektorata söykənərsə, bəzi məsələlərdə sərt ritorikaya üstünlük verə bilər. Lakin bu, praktiki siyasətdə ciddi nəticə verməyəcək. Ermənistanın iqtisadi inkişafı, kommunikasiyaların açılması və regional layihələrdə iştirak etməsi birbaşa Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından asılıdır.

Geosiyasi baxımdan isə ən maraqlı məqam Ermənistanın xarici siyasət kursu olacaq. Nikol Paşinyan dövründə İrəvan Avropa İttifaqı və ABŞ ilə münasibətləri genişləndirməyə çalışıb. Karapetyanın hakimiyyətə gəlməsi halında isə Ermənistanın yenidən Rusiya ilə daha yaxın münasibətlər qurmağa cəhd etməsi mümkündür. Bununla belə, Moskvanın regiondakı əvvəlki təsir imkanları artıq zəifləyib və Ermənistan rəhbərliyi hansı siyasi qüvvə tərəfindən idarə olunmasından asılı olmayaraq həm Rusiya, həm də Qərblə balans siyasəti aparmağa çalışacaq”.

O hesab edir ki, Samvel Karapetyanın hakimiyyətə gəlməsi Ermənistanın daxili siyasi konfiqurasiyasında müəyyən dəyişikliklər yarada bilər:

“Lakin regionun strateji mənzərəsini köklü şəkildə dəyişdirəcək faktor kimi qiymətləndirilə bilməz. Azərbaycan-Ermənistan münasibətlərində əsas xətt yenə də sülh sazişi, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması olacaq. Ermənistanın hansı lider tərəfindən idarə edilməsindən asılı olmayaraq, ölkənin uzunmüddətli sabitliyi və inkişafı qonşularla normal münasibətlər qurmaqdan keçir. Bu baxımdan Karapetyan hakimiyyətə gəlsə belə, onu da regionun formalaşdırdığı yeni siyasi reallıqlar istiqamətləndirəcək”.

 

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Paşinyan getməsə, pis olacaq – Köçəryan hədələdi

Next

Azərbaycanla Türkiyə arasında “Sıfır Tullantı” konsepsiyası çərçivəsində fikir mübadiləsi aparılıb

Copyright 2026— Praqraf.com. All rights reserved