Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/MEDİA-da məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş keçirilib
CƏMİYYƏT

MEDİA-da məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş keçirilib

08 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) “MEDİA Könüllüləri” proqramının məzunları və növbəti könüllülük proqramına seçilən gənclərlə görüş keçirilib.

Paraqraf.com xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

Agentliyin İcraçı direktoru Əhməd İsmayılov Agentliyin gənclərin peşəkar inkişafına yönəlmiş fəaliyyətindən, könüllülük proqramının əhəmiyyətindən və media sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərdən danışıb.

O, proqramı uğurla yekunlaşdıran könüllülərin Agentliyin müxtəlif layihə və tədbirlərində fəal iştirakını yüksək qiymətləndirib, əldə olunan təcrübənin gələcək peşə fəaliyyətlərində gənclər üçün mühüm üstünlük olacağını qeyd edib.

Növbəti – onuncu könüllülük proqramının iştirakçıları ilə tanışlıq olub, proqramın fəaliyyət istiqamətləri, nəzərdə tutulan təlimlər və qarşıdakı dövr ərzində həyata keçiriləcək fəaliyyətlər barədə məlumat verilib. İştirakçıların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda “MEDİA könüllüləri” Proqramını müvəffəqiyyətlə başa vuran 42 gəncə sertifikatlar təqdim olunub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Təhsil eksperti: “TəhsilPlus” kartları müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək

Next

Goranboyda avtomobil qəzasında iki nəfər ölüb, xəsarət alanlar var

Copyright 2026— Praqraf.com. All rights reserved