Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Azərbaycan və Türkmənistan alimləri Səməd Vurğununun ədəbi irsini müzakirə edib
MƏDƏNİYYƏT

Azərbaycan və Türkmənistan alimləri Səməd Vurğununun ədəbi irsini müzakirə edib

06 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunan tədbir keçirilib.

Paraqraf.com xəbər verir ki, tədbirdə Türkmənistan Dövlət Universitetinin rəhbərliyi, Filologiya fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak edib.

Tədbirin moderatoru Azərbaycan Yazıçılar Birliyinin katibi Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi Səməd Vurğunun həyat və yaradıcılığı haqqında qısa məlumat verib. Deyib ki, Səməd Vurğun bənzərsiz yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rol oynayıb.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Səməd Vurğun və Türk dünyası” mövzusunda məruzəsi dinlənilib.

Bildirilib ki, Azərbaycanın ədəbi fikir salnaməsində xüsusi yer tutan Səməd Vurğun ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparıb, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnib.

Qeyd olunub ki, ədibin əsərləri türk respublikalarında da böyük rəğbətlə qarşılanıb, pyesləri uğurla səhnələşdirilib. S.Vurğunun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində parlaq səhifə təşkil edir.

Milli Məclisinin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü Hikmət Məmmədov “Səməd Vurğunun yaradıcılığında vətən mövzusu” adlı məruzəsində bildirib ki, Xalq şairinin əsərləri bu gün də insanları öz vətənini sevməyə səsləyir.

“Azərbaycan və Türkmənistan ədəbi əlaqələrinin inkişafı, ədəbiyyat mübadiləsi” mövzusunda çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov ədəbiyyatın xalqlar arasında mədəni körpülərin qurulmasında mühüm rol oynadığını bildirib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində konsert təşkil olunub

Next

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Copyright 2026— Praqraf.com. All rights reserved