Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub
MƏDƏNİYYƏT

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

06 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Türkmənistan Dövlət Memarlıq və İnşaat Universitetində Azərbaycan memarlığının görkəmli nümayəndəs Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunan tədbir keçirilib.

Paraqraf.com xəbər verir ki, tədbirdə universitetin rəhbərliyi, professor-müəllim və tələbə heyəti, digər qonaqlar iştirak ediblər.

Tədbirin moderatoru, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Əcəmi Naxçıvanini orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət verən, dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirən böyük sənətkar kimi səciyyələndirib.

Sonra Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, professor Rahibə Əliyevanın “Əcəmi Naxçıvani və klassik Azərbaycan memarlığı” mövzusunda məruzəsi dinlənilib.

Qeyd olunub Əcəmi Naxçıvaninin yaradıcılığı XII əsr Azərbaycan mədəni-ictimai fikrinin yüksəlişində diqqətəlayiq yer tutur.

Memarın yaradıcı dühasının məhsulu olan Möminə xatın məqbərəsi və Yusif Küseyir oğlu türbəsi türk-islam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Bu monumental tikililər öz incə kompozisiyası və estetik mükəmməlliyi ilə seçilir. Alim bildirib ki, Əcəminin yaratdığı sənət məktəbi sonrakı dövrlərdə Azərbaycanla yanaşı, Yaxın Şərq ölkələrinin memarlığına da güclü təsir göstərib.

Daha sonra Milli Məclisinin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov “Səlcuq memarlığı və Əcəmi Naxçıvani” mövzusunda çıxış edib.

Qeyd olunub ki, əgər Səlcuq memarlığı türk-islam memarlığının zirvələrindən hesab edilirsə, onun Azərbaycan qolunun ən böyük nümayəndəsi Əcəmi Naxçıvanidir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan və Türkmənistan alimləri Səməd Vurğununun ədəbi irsini müzakirə edib

Next

Sərdar Berdiməhəmmədov: Türkmənistan Azərbaycanla əməkdaşlığa sadiqdir

Copyright 2026— Praqraf.com. All rights reserved