Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində konsert təşkil olunub
MƏDƏNİYYƏT

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində konsert təşkil olunub

06 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində ölkənin Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında qala konsert təşkil olunub.

Paraqraf.com xəbər verir ki, konsert proqramını Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, hər iki ölkənin mədəniyyət nazirliklərinin rəsmiləri, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, Türkmənistanda fəaliyyət göstərən diplomatik korpusun rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri izləyiblər.

Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova çıxış edərək iki ölkə arasında əlaqələrin köklü tarixə malik olduğunu bildirib. O, Türkmənistanla Azərbaycanı birləşdirən bir çox amillərin olduğunu qeyd edib.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli isə çıxışında rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə qardaş ölkənin hökumətinə minnətdarlığını bildirib. Nazir iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin ildən-ilə inkişaf etdiyinə diqqət çəkib. Açılış nitqlərinin ardınca qala konsert təqdim olunub.

Konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Gülyaz və Gülyanaq Məmmədovalar, Faiq Ağayev, Əməkdar artist Gülüstan Əliyeva, solistlər Nərmin Nərimanlı, Rəvanə Qurbanova, Samirə Rəcəbli, Əmrah və Aişə Orucovlar, Fatimə Cəfərzadə, Röya Mürsəlova və Sahib İsmiyev çıxış ediblər.

Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (dirijor: Mustafa Aşurov), Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə), “Savalan” qrupu rəngarəng musiqi və rəqs nömrələri ilə gecəyə xüsusi rəng qatıblar. Qeyd edək ki, Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri sabah ölkənin Arkadağ şəhərində davam etdiriləcək.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Meyvə-tərəvəz niyə ucuzlaşmır ? – VİDEO

Next

Azərbaycan və Türkmənistan alimləri Səməd Vurğununun ədəbi irsini müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved