Skip to content
29 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 21
  • Tarixi irs və müasir inkişafın vəhdəti: Bakı Forumundan dünyaya verilən mesaj

Tarixi irs və müasir inkişafın vəhdəti: Bakı Forumundan dünyaya verilən mesaj

admin 21 May 2026 7 minutes read
a8b6eace-5845-45f9-93ab-9fa16afa6ff2
PAYLAŞIN:

2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası yalnız urbanizasiya məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma kimi deyil, həm də Azərbaycanın müasir inkişaf modelinin təqdim edildiyi mühüm siyasi və strateji tədbir kimi diqqət çəkdi. Forumun açılış mərasimində İlham Əliyev tərəfindən səsləndirilən fikirlər ölkəmizin şəhərsalma siyasətinin əsas istiqamətlərini, tarixi irsə münasibətini və gələcəyə hesablanmış inkişaf strategiyasını aydın şəkildə ortaya qoydu.

Dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçının forumda qeydiyyatdan keçməsi tədbirin miqyasını və beynəlxalq əhəmiyyətini göstərən əsas göstəricilərdən biri oldu. COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbir kimi qiymətləndirilən forum Bakının artıq qlobal əməkdaşlıq və dialoq mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirdi. Bu fakt eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artdığını və ölkənin qlobal təşəbbüslərdə daha fəal iştirak etdiyini göstərir.

Prezident çıxışında Azərbaycanın coğrafi mövqeyinin və tarixi inkişaf yolunun ölkənin memarlıq simasında da öz əksini tapdığını vurğuladı. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olub. Bu xüsusiyyət xüsusilə Bakı şəhərinin memarlığında aydın hiss olunur. İçərişəhər-in qədim küçələri ilə müasir urbanizasiya layihələrinin eyni məkanda harmonik şəkildə birləşməsi Azərbaycanın inkişaf modelinin əsas xüsusiyyətlərindən biridir. Paytaxtın simasında tarixlə müasirliyin vəhdəti aydın görünür. Vaxtilə cəmi üç kilometr olan Bakı Bulvarının bu gün 15 kilometrdən artıq ərazini əhatə etməsi şəhərin sürətli inkişafının göstəricisidir. XIX əsr Avropa memarlıq üslubunda inşa edilmiş binalarla müasir memarlıq nümunələrinin bir arada mövcudluğu Bakının unikal şəhərsalma modelini formalaşdırır.

Çıxışda vurğulanan əsas məqamlardan biri də tarixi-mədəni irsin qorunması məsələsi idi. Azərbaycan şəhərsalma siyasətində yalnız yeni infrastruktur layihələrinin həyata keçirilməsinə deyil, eyni zamanda milli-mənəvi dəyərlərin və tarixi abidələrin qorunmasına xüsusi önəm verir. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və Şuşa kimi qədim şəhərlərin memarlıq irsi bu siyasətin mühüm tərkib hissəsi kimi təqdim olundu. Şamaxıda yerləşən qədim məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Şəkidəki tarixi abidələr və Lahıcın əsrlər öncə formalaşmış mühəndislik sistemi Azərbaycan xalqının zəngin memarlıq ənənələrinin göstəricisi kimi diqqətə çatdırıldı. Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, tarixi irsin qorunması yalnız keçmişə hörmət deyil, həm də gələcək nəsillər qarşısında məsuliyyətdir.

Forum çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri də əsas müzakirə mövzularından biri oldu. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri hazırda regionun ən böyük inkişaf layihələrindən biri hesab olunur. Uzun illər işğal altında qalan ərazilərin tamamilə dağıdılması beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması həmin ərazilərdə törədilmiş dağıntıların miqyasını əks etdirən ən təsirli ifadələrdən biri kimi yadda qaldı. Bununla yanaşı, son beş ildə həyata keçirilən layihələrin miqyası da diqqət çəkir. Onlarla tunelin, yüzlərlə körpünün, beynəlxalq hava limanlarının, yolların, məktəblərin və yaşayış məntəqələrinin tikilməsi Azərbaycanın güclü iqtisadi potensialını və siyasi iradəsini nümayiş etdirir. Böyük Qayıdış Proqramı çərçivəsində artıq minlərlə insan öz doğma torpaqlarına qayıdaraq yaşayır və çalışır.

Müasir şəhərsalma siyasətində ekoloji təhlükəsizlik məsələləri də əsas prioritetlərdən biridir. Bakı uzun illər neft sənayesinin yaratdığı ekoloji problemlərlə üzləşmiş şəhərlərdən biri olub. Vaxtilə “Qara şəhər” adlandırılan ərazinin bu gün Ağ Şəhərə çevrilməsi Azərbaycanın uğurlu ekoloji və urbanizasiya siyasətinin mühüm nümunələrindən biri hesab olunur. Son illərdə paytaxtda çoxsaylı parkların, ictimai məkanların və yaşıllıq zonalarının yaradılması, ekoloji nəqliyyat vasitələrinin tətbiqi, metro və elektrik avtobuslarının istifadəsinin genişləndirilməsi şəhər mühitinin daha sağlam və rahat formaya gətirilməsinə xidmət edir. Bu layihələr urbanizasiyanın yalnız texniki inkişaf deyil, həm də insan rifahı və ekoloji tarazlıq üzərində qurulduğunu göstərir.

Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri də Formula 1 Azərbaycan Qran Prisi yarışının şəhərsalma ilə müqayisə olunması idi. Dövlət başçısı qeyd etdi ki, müasir şəhərlərin inkişafında cəsarət və ehtiyatlılıq arasında düzgün balans qorunmalıdır. İnkişaf və modernləşmə sürətlə aparılmalı, lakin tarixi irsin qorunmasına münasibətdə son dərəcə həssas yanaşma nümayiş etdirilməlidir.

Forum həm də beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıdı. Şəhərsalma sahəsində müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsi, mövcud problemlərin və gələcək çağırışların müzakirəsi urbanizasiya siyasətinin daha effektiv şəkildə həyata keçirilməsinə imkan yaradır.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası bir daha göstərdi ki, Azərbaycan müasir şəhərsalma, dayanıqlı inkişaf və tarixi irsin qorunması sahəsində özünəməxsus inkişaf modeli formalaşdırıb. İlham Əliyev tərəfindən səsləndirilən fikirlər ölkəmizin gələcəyə hesablanmış strateji baxışını, milli dəyərlərə əsaslanan inkişaf siyasətini və qlobal urbanizasiya prosesində artan rolunu aydın şəkildə nümayiş etdirdi.

Samirə Hüseynova
Paraqraf.com

Loading

Visited 36 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Həsən Məmmədov: “Vaşinqton uzun illərdir İsraili Yaxın Şərqdə Amerikanın əsas forpostu kimi istifadə edir”
Next: Sankt-Peterburqda MDB PA-nın Şura iclası keçirilib

OXŞAR MÖVZULAR

26e3d287-9b85-479a-a35a-b19546a4861f

“Yeniyetmə tələbələrin üzgüçülüyə marağı gündən-günə artır” – MƏŞQÇİ

admin 27 May 2026
img-20260523-wa0015

“Bakı WUF 13 çərçivəsində şəhərsalma inkişafına növbəti mühüm töhfəsini verdi”

admin 27 May 2026
IMG-20260527-WA0027

Həsən Məmmədov: “Mövcud şəraitdə ABŞ-nin Kubaya hərbi müdaxiləsi real görünmür”

admin 27 May 2026

XƏBƏR LENTİ

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir Qt0bVFSlEICVH4ybMGSCjTEMb8Ywr4KUGefYUrVV_1200

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir

28 May 2026
Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib lrrvtJCaIhoc090LSiEcQhwh5fbxPCfRqk5nCwex_1200

Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib

28 May 2026
Slovakiya Prezidenti: Azərbaycanla ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndiririk ultvrpOI1ukJPN70nxSCxdOGeuIeDr9eGSJgGZ5M_1200

Slovakiya Prezidenti: Azərbaycanla ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndiririk

28 May 2026
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub SPMkZUuSEMQNc40l2Bm1Z4HNQblJ40MHSpykVM39_1200

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub

28 May 2026
“Yeniyetmə tələbələrin üzgüçülüyə marağı gündən-günə artır” – MƏŞQÇİ 26e3d287-9b85-479a-a35a-b19546a4861f

“Yeniyetmə tələbələrin üzgüçülüyə marağı gündən-günə artır” – MƏŞQÇİ

27 May 2026
Hindistan Prezidenti İlham Əliyevi təbrik edib 1XTe2Zw4erHvMEv5CdoB0DgUf9Y5ds5ppSvAP7nt_1200

Hindistan Prezidenti İlham Əliyevi təbrik edib

27 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.