Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Həsən Məmmədov: “Vaşinqton uzun illərdir İsraili Yaxın Şərqdə Amerikanın əsas forpostu kimi istifadə edir”
MANŞETÖZƏL

Həsən Məmmədov: “Vaşinqton uzun illərdir İsraili Yaxın Şərqdə Amerikanın əsas forpostu kimi istifadə edir”

21 May 2026 2 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Trump və İsrailin Baş naziri Benjamin Netanyahu arasında telefon danışığı olub.

Bu barədə N12 nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəyi ilə bağlı xəbərlər fonunda baş tutan danışıqlar “uzun və dramatik” keçib.

Jurnalist, siyasi şərhçi Həsən Məmmədov “Paraqraf.com”a açıqlamasında deyib ki, ABŞ Prezidenti Donald Trump ilə İsrailin Baş naziri Benjamin Netanyahu arasında baş tutan telefon danışığı tərəflərin regionda yaranan gərginliyi diqqətlə izlədiklərini göstərir:

“Eyni zamanda, tərəflər təhlükəsizlik məsələlərində koordinasiyanı davam etdirməyə çalışırlar. Xüsusilə İran faktorunun yenidən gündəmə gəlməsi İsrailin Vaşinqtonla münasibətlərini daha da sıxlaşdırmağa məcbur edir. İsrail uzun illərdir Yaxın Şərqdə ABŞ-nin əsas strateji tərəfdaşlarından biri kimi çıxış edir. Təl-Əviv İranın bölgədə artan təsirini öz milli təhlükəsizliyi üçün ciddi risk hesab etdiyindən, bu məsələdə ABŞ-dən siyasi, diplomatik və hərbi dəstək almağa çalışır. İsrail anlayır ki, İranla mümkün qarşıdurmada Amerikanın dəstəyi olmadan genişmiqyaslı addımlar atmaq onun üçün çətin olacaq”.

Həsən Məmmədovun sözlərinə görə, ABŞ İsraili bölgədə öz maraqlarını qoruyan əsas dayaq nöqtələrindən biri hesab edir:

“Vaşinqton uzun illərdir İsraili Yaxın Şərqdə Amerikanın əsas forpostu kimi istifadə edir və regiondakı geosiyasi balansı məhz bu əməkdaşlıq üzərindən qurmağa çalışır. Buna görə də tərəflər arasında münasibətlərin yaxın dövrdə daha koordinasiyalı təhlükəsizlik və hərbi əməkdaşlıq xətti üzrə davam edəcəyi gözlənilir.

Lakin ABŞ birbaşa genişmiqyaslı müharibəyə daxil olmaq məsələsində ehtiyatlı davranmağa çalışacaq. Çünki regionda yeni savaş iqtisadi və siyasi baxımdan Vaşinqton üçün əlavə risklər yarada bilər. Buna baxmayaraq, İsrailə diplomatik və hərbi dəstəyin davam etməsi ehtimalı yüksəkdir”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Əli Əsədov Tacikistanın Baş nazirinin müavini ilə görüşüb

Next

Tarixi irs və müasir inkişafın vəhdəti: Bakı Forumundan dünyaya verilən mesaj

Copyright 2026— Praqraf.com. All rights reserved