Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Sankt-Peterburqda MDB PA-nın Şura iclası keçirilib
SİYASƏT

Sankt-Peterburqda MDB PA-nın Şura iclası keçirilib

21 May 2026 1 Min Read
PAYLAŞIN:

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Şura iclasında iştirak edib.

Bu barədə Paraqraf.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasda çıxış edən S. Qafarova müzakirə olunan mövzularla bağlı fikirlərini bildirib. O, Şura iclası gündəliyinin 3-cü bəndi ilə bağlı danışaraq deyib ki, Assambleyanın fəaliyyətinin əsas istiqamətlərindən biri MDB iştirakçı dövlətlərində keçirilən seçkilər və referendumlarla bağlı monitorinq fəaliyyətinin həyata keçirilməsidir.

Milli Məclisin sədri qeyd edib ki, seçkilər hər bir ölkənin həyatında onun gələcək inkişafını müəyyən edən ən vacib hadisələrdən biridir. İstənilən seçkidə obyektiv müşahidə missiyası seçkilərin şəffaflıq və demokratiklik dərəcəsinin qiymətləndirilməsində çox mühüm rol oynayır. S. Qafarova vurğulayıb ki, Assambleyanın müşahidə missiyalarının ölkələrimizdə keçirilən seçkilərdə iştirakı sadəcə monitorinq prosesi deyil, eyni zamanda, həmrəyliyin və qarşılıqlı dəstəyin təzahürüdür.

O, Parlamentlərarası Assambleyanın beynəlxalq müşahidəçilərinin Qırğız Respublikasının Joqorku Keneşinə növbədənkənar seçkilərin, həmçinin Qazaxıstan Respublikasının yeni Konstitusiyasının qəbulu üzrə referendumun monitorinqinin nəticələri ilə bağlı da fikirlərini diqqətə çatdırıb. Bildirilib ki, Milli Məclisin deputatları hər iki müşahidə missiyasında fəal iştirak ediblər.

Sahibə Qafarova məmnunluqla qeyd edib ki, qardaş Qazaxıstanda keçirilən referendumun monitorinqində MDB Parlamentlərarası Assambleyasının müşahidəçi qrupunun koordinatoru vəzifəsini Milli Məclisin sədr müavini Ziyafət Əsgərov yerinə yetirib.

İclasda bir sıra təşkilati və gündəlikdəki məsələlər müzakirə olunub və yekunda müvafiq qərarlar qəbul edilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tarixi irs və müasir inkişafın vəhdəti: Bakı Forumundan dünyaya verilən mesaj

Next

Maryana Doda: Azərbaycan regional sistemdə tarazlıq nöqtəsidir

Copyright 2026— Praqraf.com. All rights reserved