Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Maryana Doda: Azərbaycan regional sistemdə tarazlıq nöqtəsidir
SİYASƏT

Maryana Doda: Azərbaycan regional sistemdə tarazlıq nöqtəsidir

21 May 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan coğrafi mövqeyi və enerji gücünə görə öz ölçülərindən kənara çıxan əhəmiyyətli oyunçuya çevrilib.

Paraqraf.com xəbər verir ki, bunu Albaniyanın “Argumentum” saytının baş redaktoru Maryana Doda sözügedən saytda yayımladığı təhlil yazısında qeyd edib.

Onun sözlərinə görə, Ukraynadakı müharibənin səbəb olduğu Avropa enerji böhranından sonra alternativ qaz tədarükü dəhlizləri yeni strateji çəki qazandığı zaman Azərbaycanın əhəmiyyəti xüsusilə artıb. Bu kontekstdə Cənub Qaz Dəhlizi, eləcə də onun TANAP və TAP seqmentləri kimi layihələr Azərbaycanı Avropanın enerji təchizatını şaxələndirmək səylərində mühüm halqaya çevirib.

“Azərbaycanın xarici siyasətini onun coğrafi mövqeyini nəzərə almadan başa düşmək mümkün deyil. Azərbaycan eyni zamanda Xəzər dənizində enerji resursları istehsalçısı, Cənubi Qafqazda güc və Avropanı Asiya ilə birləşdirən tranzit dövlətdir”, – müəllif vurğulayıb.

M. Dodanın fikrincə, Azərbaycan sadəcə qaz ixracatçısı və ya keçid dövründə olan postsovet dövləti deyil, həm də daimi qeyri-müəyyənliklə xarakterizə olunan regional sistemdə tarazlıq nöqtəsidir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sankt-Peterburqda MDB PA-nın Şura iclası keçirilib

Next

Azərbaycan ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Copyright 2026— Praqraf.com. All rights reserved