Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Ekspert: “Panik atak zamanı sağalacağına inanmaq müalicəyə müsbət təsir edir”
MANŞETÖZƏL

Ekspert: “Panik atak zamanı sağalacağına inanmaq müalicəyə müsbət təsir edir”

13 May 2026 1 Min Read
PAYLAŞIN:

Son illərdə panik atak hallarında artım müşahidə olunur. Bir çox insan qəfil nəfəs darlığı, ürək döyüntüsünün sürətlənməsi, başgicəllənmə və güclü qorxu hissi ilə qarşılaşır. Əksər hallarda bu vəziyyət infarkt və ya ciddi fiziki problem kimi qəbul edilsə də, mütəxəssislər panik atakın əsasən psixoloji səbəblərlə bağlı olduğunu bildirirlər. Panik atak insanın gündəlik həyat keyfiyyətinə təsir göstərərək sosial və emosional vəziyyətini çətinləşdirə bilər.

Tibb üzrə ekspert Aydın Əliyev “Paraqraf.com”a açıqlamasında bildirib ki, panik atak keçirən şəxs vaxtında həkimə müraciət etməlidir:

“Xəstə həkimin tövsiyələrinə əməl etməlidir. İnsan öz diaqnozunu bildikdən sonra hansı halda özünü daha yaxşı hiss etdiyini müəyyənləşdirib həmin hissləri özündə yaratmağa çalışmalıdır. Yəni xəstə müalicəsinə inandıqda, həkimin yazdığı dərmanlar və tövsiyələr daha effektiv nəticə verir. Əgər panik atak keçirən şəxsdə sağalacağına inam yoxdursa, bu zaman problemin həlli daha çətin ola bilər”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mütəxəssis: “Süni intellekt düşünmə qabiliyyətini deyil, istifadə vərdişlərini dəyişir”

Next

Bazar günü keçiriləcək imtahanlarda sağlamlıq imkanları məhdud 42 şagird iştirak edəcək

Copyright 2026— Praqraf.com. All rights reserved