Skip to content
14 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 13
  • Bazar günü keçiriləcək imtahanlarda sağlamlıq imkanları məhdud 42 şagird iştirak edəcək

Bazar günü keçiriləcək imtahanlarda sağlamlıq imkanları məhdud 42 şagird iştirak edəcək

admin 13 May 2026 4 minutes read
in9Ul60XEux1gXvtSgnNBs8NUFETmN1eMeolreO2_1200
PAYLAŞIN:

Dövlət İmtahan Mərkəzi mayın 17-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.

Bu barədə Paraqraf.com-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanlar 13 şəhər və rayonda təşkil olunur və 7014 nəfərin iştirakı nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 17-də aşağıdakı imtahanlar keçiriləcək.

– Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

– Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

– Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

– Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

– Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

– Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.

İmtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi“ni DİM-in saytından çap edib götürə bilərlər.

İmtahanlar saat 10:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda 7014 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 42 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Ümumilikdə imtahanların idarə olunmasına 33 ümumi imtahan rəhbəri, 92 imtahan rəhbəri, 699 nəzarətçi, 94 buraxılış rejimi əməkdaşı və 33 bina nümayəndəsi ayrılıb.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Göyçay, Quba rayonlarında və Naxçıvan MR-də təşkil olunur.

 

Paraqraf.com 

Loading

Visited 10 times, 7 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ekspert: “Panik atak zamanı sağalacağına inanmaq müalicəyə müsbət təsir edir”
Next: Baş idarə əməliyyat keçirib, 42 kiloqram narkotik aşkarlanıb

OXŞAR MÖVZULAR

kxdVRoFhYJcuIHUghKb9VHrehSP92ltxhTnKHp0h_1200

Buraxılış imtahanında 8 nəfər maksimum bal yığıb, 3 nəfər xaric olunub

admin 08 May 2026
1662643123-eshqi-bagirov-1567010687

Eşqi Bağırov: Artıq 100 minə yaxın uşaq 1-ci sinfə qəbul olunub

admin 07 May 2026
f5MuWNM5PnW69OdjF0TY1kYlV0NK8irGUg2clzBM_1200

“Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib

admin 07 May 2026

XƏBƏR LENTİ

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib vcrMyLIl9JHkUewu0sAyUSCTZ7RD9RXvLojLEtuT_1200

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

14 May 2026
WUF13 iştirakçıları üçün xüsusi avtobus fəaliyyətə başlayıb GD9wsASglxyP9NbtGJX3GjpMF8wAoPua44tboD4L_1200

WUF13 iştirakçıları üçün xüsusi avtobus fəaliyyətə başlayıb

14 May 2026
Ağakərim Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub s1s2NTY3dAhdXK9UAFZguPnmENzlNoYaN4BON7Kd_1200

Ağakərim Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub

14 May 2026
Azərbaycanda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir 17787401892002840774_1200x630_1778743965

Azərbaycanda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir

14 May 2026
Azərbaycan və Suriya Bakıda keçiriləcək WUF13 çərçivəsində dayanıqlı şəhərsalma məsələlərini müzakirə edəcək MQTUga9uoPVJ2LvlPuUCIM8rHjB4b96D1ptMwAMw_1200

Azərbaycan və Suriya Bakıda keçiriləcək WUF13 çərçivəsində dayanıqlı şəhərsalma məsələlərini müzakirə edəcək

14 May 2026
Sahibə Qafarova Buxarada II Asiya Qadınlar Forumunda iştirak edəcək 20TmKd7N0RNs2mFPTeAZTYzNkiM0OtuvkU0aClmt_1200

Sahibə Qafarova Buxarada II Asiya Qadınlar Forumunda iştirak edəcək

14 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.