Skip to content
14 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 13
  • Mütəxəssis: “Süni intellekt düşünmə qabiliyyətini deyil, istifadə vərdişlərini dəyişir”

Mütəxəssis: “Süni intellekt düşünmə qabiliyyətini deyil, istifadə vərdişlərini dəyişir”

admin 13 May 2026 3 minutes read
IMG-20260513-WA0005
PAYLAŞIN:

Süni intellektin sürətli inkişafı artıq həyatın bütün sahələrinə təsir göstərir. Təhsil, səhiyyə, media, biznes və hətta gündəlik qərarlar belə texnologiyanın imkanlarından istifadə etməklə formalaşır. Bir çoxları hesab edir ki, süni intellekt işləri asanlaşdırır, vaxta qənaət edir və insan səhvlərini minimuma endirir. Digər tərəfdən isə hər şeyin texnologiyaya həvalə olunmasının insan zəkasının passivləşməsi, düşünmə qabiliyyətinin zəifləməsi və yaradıcılığın azalması ilə bağlı narahatlıqları artırdığı bildirilir. Xüsusilə gənclərin hazır məlumatlara həddindən artıq güvənməsi gələcəkdə düşünən insan modelini dəyişə bilər.

Marketinq və AI alətləri üzrə təlimçi Abdulla Abdullayev “Paraqraf.com”a açıqlamasında bildirib ki, süni intellekt insan zəkasını birbaşa zəiflədən texnologiya deyil:

“Risk onun necə istifadə olunmasındadır. Əgər insan süni intellektdən yalnız hazır cavab almaq üçün istifadə edirsə, zamanla araşdırmaq, analiz etmək və müstəqil düşünmək vərdişləri zəifləyə bilər. Xüsusilə gənclərdə “hazır nəticəyə öyrəşmək” riski artıq hiss olunur.

Digər tərəfdən isə süni intellektdən düzgün istifadə edildikdə bu texnologiya insan imkanlarını genişləndirən güclü alətə çevrilir. Məsələn, rutin işləri avtomatlaşdırır, məlumatları daha sürətli analiz edir və insanın yaradıcılıqla strateji düşüncəyə daha çox vaxt ayırmasına şərait yaradır.

Burada əsas məsələ balansın qorunmasıdır. Kalkulyator riyaziyyatı yox etmədiyi kimi, AI də düşünməyi tam əvəz etməyəcək. Sadəcə gələcəkdə insanlardan fərqli bacarıqlar tələb olunacaq. Məlumatı əzbərləyən deyil, düzgün sual verən, analiz edən və yaradıcılıq nümayiş etdirən insanlar daha dəyərli olacaq”.

Onun sözlərinə görə, texnologiya insanı zəiflətmir:

“Amma düşünmə prosesini tam şəkildə texnologiyaya həvalə edən insanın zehni passivləşə bilər. Buna görə də AI-dən istifadə ilə yanaşı, tənqidi düşüncə və yaradıcılığı qorumaq olduqca vacibdir”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 11 times, 7 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sabah 31° isti olacaq – PROQNOZ
Next: Ekspert: “Panik atak zamanı sağalacağına inanmaq müalicəyə müsbət təsir edir”

OXŞAR MÖVZULAR

s1s2NTY3dAhdXK9UAFZguPnmENzlNoYaN4BON7Kd_1200

Ağakərim Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub

admin 14 May 2026
WhatsApp Image 2026-05-14 at 08.43.19

“ABŞ və Çin arasında yaxın dövrdə ticarət və investisiya sahəsində güzəştlər mümkündür” – ŞƏRH

admin 14 May 2026
WhatsApp Image 2026-05-14 at 08.45.25

Psixoloq: “Alfa qadın zərifliyini hər zaman saxlayır”

admin 14 May 2026

XƏBƏR LENTİ

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib vcrMyLIl9JHkUewu0sAyUSCTZ7RD9RXvLojLEtuT_1200

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

14 May 2026
WUF13 iştirakçıları üçün xüsusi avtobus fəaliyyətə başlayıb GD9wsASglxyP9NbtGJX3GjpMF8wAoPua44tboD4L_1200

WUF13 iştirakçıları üçün xüsusi avtobus fəaliyyətə başlayıb

14 May 2026
Ağakərim Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub s1s2NTY3dAhdXK9UAFZguPnmENzlNoYaN4BON7Kd_1200

Ağakərim Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub

14 May 2026
Azərbaycanda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir 17787401892002840774_1200x630_1778743965

Azərbaycanda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir

14 May 2026
Azərbaycan və Suriya Bakıda keçiriləcək WUF13 çərçivəsində dayanıqlı şəhərsalma məsələlərini müzakirə edəcək MQTUga9uoPVJ2LvlPuUCIM8rHjB4b96D1ptMwAMw_1200

Azərbaycan və Suriya Bakıda keçiriləcək WUF13 çərçivəsində dayanıqlı şəhərsalma məsələlərini müzakirə edəcək

14 May 2026
Sahibə Qafarova Buxarada II Asiya Qadınlar Forumunda iştirak edəcək 20TmKd7N0RNs2mFPTeAZTYzNkiM0OtuvkU0aClmt_1200

Sahibə Qafarova Buxarada II Asiya Qadınlar Forumunda iştirak edəcək

14 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.