PAYLAŞIN:

Azərbaycan çempionatlarının yüksək liqasının tarixində 250-ci avtoqol qeydə alınıb.

Paraqraf.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XIV turun “Qəbələ”“Turan Tovuz” matçında reallaşıb.

Görüşdəki son qolu meydan sahiblərinin futbolçusu Seydina Keyta öz qapısına vurub.

Bu, Azərbaycan çempionatlarının yüksək liqasının tarixində 250-ci avtoqol olub. 1992-ci ildən keçirilən yarışda Seydinaya qədər 249 belə hal yaşanmışdı.

İlk avtoqol 1992-ci il mayın 16-da qeydə alınıb. Kürdəmir “Şirvan”ının futbolçusu Vahid Mahmudov “Kürmük”lə səfər görüşündə (0:6) “fərqlənib”.

İndiyədək 44 komanda öz qapısına qol vurub. 40 komanda rəqib qoluna sevinib. Keyta avtoqol müəllifi olan 207-ci futbolçu olub.

Qeyd edək ki, 2022/2023 mövsümündə daha çox – 18 avtoqol olub. 1993/1994 mövsümündə belə qol qeydə alınmayıb.

Paraqraf.com 

Loading