PAYLAŞIN:

Norveç millisinin futbolçusu Aleksandr Sörlot İspaniyanın “Atletiko” klubunun tarixinə düşüb.

Paraqraf.com “Opta Sport” statistika portalına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu buna Belçika təmsilçisi “Brügge”yə qalib gəldikləri (4:1) UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin cavab oyununda üç qol vurmaqla nail olub.

Forvard Madrid təmsilçisinin tarixində bu turnirin pley-offunda het-trik edən ilk oyunçudur.

Sörlot həmçinin klub tarixində qrup mərhələsi də daxil olmaqla, ÇL-dəki bir matçda üç dəfə fərqlənən ikinci oyunçudur. Daha əvvəl xorvatiyalı Mario Mancukiç 2014-cü ildə bunu bacarıb.

Qeyd edək ki, Aleksandr Sörlot cari mövsüm “Atletiko” forması ilə 36 oyunda 15 qola imza atıb.

Paraqraf.com 

Loading