PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə 25 % rüsum tətbiq olunduğunu elan edib.

Paraqraf.com-un məlumatına görə, o, bununla bağlı “Truth Social”da paylaşım edib.

“İran İslam Respublikası ilə əməkdaşlıq edən istənilən ölkə ABŞ ilə istənilən növ sövdələşmələr üçün 25 % rüsum ödəyəcək”, – paylaşımda bildirilir.

Tramp qərarın dərhal qüvvəyə mindiyini və yenidən baxılmayacağını vurğulayıb.

Paraqraf.com 

Loading