Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Belçikanın XİN başçısı Tehranı etirazçıların tələblərinə qulaq asmağa çağırıb
DÜNYA

Belçikanın XİN başçısı Tehranı etirazçıların tələblərinə qulaq asmağa çağırıb

13 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

İranın Brüsseldəki səfiri Seyid Məhəmməd Əli Robajazi Belçikanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Paraqraf.com-un “Belga” agentliyinə istinadən məlumatına görə, Belçikanın xarici işlər naziri Maksim Prevo diplomatla görüş zamanı İslam Respublikasındakı vəziyyətdən narahatlığını bildirib.

“İrandakı mövcud vəziyyət həyəcanvericidir. Mən bu gün (bazar ertəsi) İranın Belçikadakı səfirini çağırdım”, – nazirlik rəhbərinin açıqlamasında bildirilir.

Prevo Tehran hakimiyyətini İran etirazçılarının dinc tələblərinə qulaq asmağa və onlara qarşı qeyri-mütənasib güc tətbiqindən çəkinməyə çağırıb.

“Görünür, İran hakimiyyəti etirazları yatırmaq üçün həddindən artıq güc tətbiq edir”, – nazir bildirib.

Ötən həftə Belçika vətəndaşlarını özbaşına saxlanılma riskini əsas gətirərək, İranı mümkün qədər tez tərk etməyə çağırıb. Belçika Xarici İşlər Nazirliyinin rəhbəri yenidən Brüsselin İrandakı nümayəndələrini ayıq-sayıq olmağa çağırıb.

“Xüsusən Tehrandakı səfirliyimiz yüksək hazırlıq vəziyyətindədir və hadisələri izləmək üçün tərəfdaşlarımızla daim əlaqə saxlayır”, – o əlavə edib.

Prevo həmçinin bildirib ki, Belçika İrana qarşı Avropanın əlavə sanksiyalarının tətbiqini müzakirə etməyə hazırdır. Xatırladaq ki, Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas da bazar günü Tehrana qarşı yeni məhdudiyyətlər təklif edə biləcəyini bildirib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tramp İranla əməkdaşlıq edən ölkələrə 25 % rüsum tətbiq edib

Next

KİV: ABŞ Meksikadan Kubaya neft daşınmasına mane olmaq niyyətində deyil

Copyright 2026— Praqraf.com. All rights reserved