Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Azərbaycan noyabrda mobil internetin orta sürətinə görə irəliləyib
CƏMİYYƏT

Azərbaycan noyabrda mobil internetin orta sürətinə görə irəliləyib

16 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Bu ilin noyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (86,15 Mbps) görə oktyabr ayına nisbətən 1 pillə geriləyərək 154 ölkə arasında 85-ci olub.

Paraqraf.com “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (62,69 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 37,4 % artıb.

Azərbaycan bu göstərici ilə Türkiyə (69,11 Mbps), İran (20,99 Mbps), Gürcüstan (44,91 Mbps), Ermənistan (77,19 Mbps), Qazaxıstan (83,50 Mbps), Qırğızıstanı (85,06 Mbps) və Tacikistanı (40,42 Mbps) geridə qoyub.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (407,05 Mbps), axırıncı yeri isə Suriya (3,63 Mbps) tutub.

Azərbaycan noyabrda mobil internetin sürətinə görə isə oktyabr ayına nisbətən 1 pillə irəliləyərək 83,37 Mbps sürətlə 103 ölkə arasında 52-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (672,68 Mbps), sonuncu yeri isə Boliviya (14,35 Mbps) tutub.

Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 200 şəhər arasında 85,88 Mbps sürətlə 115-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Çilinin Valparaiso (415,37 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Hələb (2,85 Mbps) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 1 pillə geriləyərək 104,70 Mbps sürətlə 150 şəhər arasında 80-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (773,59 Mbps), sonuncu yeri La Pas (Boliviya) (10,24 Mbps) tutub.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Azərbaycan Dəmir Yolları”nda yeni təyinat olub

Next

Elektron xidmətlərin və dövlət informasiya sistemlərinin qiymətləndirilməsi üzrə yeni Qayda təsdiqləndi — Proses necə aparılacaq?

Copyright 2026— Praqraf.com. All rights reserved