Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Elektron xidmətlərin və dövlət informasiya sistemlərinin qiymətləndirilməsi üzrə yeni Qayda təsdiqləndi — Proses necə aparılacaq?
CƏMİYYƏT

Elektron xidmətlərin və dövlət informasiya sistemlərinin qiymətləndirilməsi üzrə yeni Qayda təsdiqləndi — Proses necə aparılacaq?

16 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

9 dekabr 2025-ci il tarixində Nazirlər Kabinetinin Qərarı ilə “Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası” təsdiq edilib. Yeni Qayda dövlət informasiya sistemləri və ehtiyatlarının, eləcə də dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin vahid meyarlar əsasında qiymətləndirilməsini nəzərdə tutur.

Qiymətləndirmə prosesi ildə bir dəfə olmaqla müraciət, emal, nəticənin təqdim edilməsi kimi mərhələləri əhatə edəcək və müyəssərlik, məlumatların idarə olunması, inteqrasiya və təhlükəsizlik kimi əsas meyarlar əsasında aparılacaq. Qiymətləndirmənin nəticəsi 5 ulduzlu sistem əsasında hesablanacaq, qiymətləndirilməsi aparılan quruma cari vəziyyət və təkmilləşdirmə istiqamətləri barədə arayış təqdim ediləcək. Qiymətləndirilmə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.

Qaydaya əsasən, elektron xidmətlərin funksionallığı və istifadə rahatlığı üzrə testlər keçiriləcək, istifadəçi rəyləri toplanacaq, yerində baxışlar aparılacaq, məlumatların dəqiqliyi və əlçatanlılığı yoxlanılacaq. Dövlət qurumları qiymətləndirmə üçün tələb olunan məlumatları təqdim etməli və aşkar edilən çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görməlidirlər.

Qiymətləndirmənin ümumiləşdirilmiş illik hesabatı növbəti ilin 1 mart tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq və nəticələr rəsmi internet resursunda açıqlanacaq.

Yeni Qaydanın tətbiqi rəqəmsal xidmətlərin keyfiyyətinin artırılmasına, dövlət informasiya sistemlərinin etibarlılığının və dayanıqlığının təmin edilməsinə, həmçinin rəqəmsal hökumət standartlarının daha da təkmilləşdirilməsinə imkan yaradacaq.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan noyabrda mobil internetin orta sürətinə görə irəliləyib

Next

EKTİS-də bəyan edilmiş payızlıq əkin sahələrinin həcmi 740 min hektara çatıb

Copyright 2026— Praqraf.com. All rights reserved