Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Azərbaycan Dəmir Yolları”nda yeni təyinat olub
CƏMİYYƏT

“Azərbaycan Dəmir Yolları”nda yeni təyinat olub

16 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Beynəlxalq əlaqələr departamentinin Qarşılıqlı əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Paraqraf.com-un əldə etdiyi məlumata görə, bu vəzifə Ceyhun Ələkbərova həvalə olunub.

O, 1978-ci ildə Bakıda anadan olub, beynəlxalq münasibətlərin tarixi üzrə fəlsəfə doktorudur, Azərbaycan-Böyük Britaniya diplomatik əlaqələrinin tədqiqatçısı olmaqla yanaşı, Parisdə yerləşən Fransanın kadrların təkmilləşdirilməsi institutu – Milli İctimai Xidmət İnstitutunda (l”Institut national du service public) “Diplomatiyanın yeni metodları” proqramını bitirib.

C.Ələkbərovun beynəlxalq münasibətlər, politologiya və strateji kommunikasiyalar sahələrində 20 ildən artıq təcrübəsi var. O, UNESCO-nun mədəni irs üzrə, eləcə də Avropa İttifaqının kommunikasiyalar üzrə ekspertidir, 20-dən çox elmi tədqiqatı, həmçinin rus, türk, ingilis və fransız dillərində yazılmış 300-dən artıq analitik və publisistik məqalələri müxtəlif ölkələrdə dərc edilib. Həm akademik, həm də korporativ biznes sahələrində təcrübəsi olan C.Ələkbərov, eyni zamanda, uzun illər müxtəlif sahələri əhatə edən bir sıra beynəlxalq layihələrdə konsultant kimi fəaliyyət göstərib.

O, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü danışıqlarında iştirak edib, 5 il Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Rezident-Əlaqələndiricisinin Ofisində işləyib, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin İnkişaf Proqramında (UNDP) fəaliyyət göstərib, Proqramın Azərbaycandakı Rezident-Nümayəndəsinin müşaviri və BMT-nin İnformasiya Mərkəzinin (BMTİM) direktor əvəzi kimi çalışıb, COVID-19 koronavirus pandemiyası müddətində ÜST Azərbaycan Böhran Qrupunun, habelə BMT-nin COP29 İşçi Qrupunun üzvü olub.

Nəqliyyat və logistika sahəsində də təcrübəsi olan C.Ələkbərov daha öncə hava yolu ilə yükdaşımalar sahəsində ixtisaslaşmış “Silk Way” şirkətlər qrupunda İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Masazırın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə verilib

Next

Azərbaycan noyabrda mobil internetin orta sürətinə görə irəliləyib

Copyright 2026— Praqraf.com. All rights reserved