Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 13
  • Məktəblərdə təzyiq: “Bullying və onun psixoloji təsirləri”

Məktəblərdə təzyiq: “Bullying və onun psixoloji təsirləri”

admin 13 Dekabr 2025 6 minutes read
Изображение WhatsApp 2025-12-12 в 23.40.31_c30e2d18
PAYLAŞIN:

Məktəb insan həyatının ən vacib mərhələlərindən biridir. Burada insanlar ilk biliklərini, dostluqlarını və həyatda lazım olacaq əsas bacarıqları qazanırlar. Məktəb yalnız dərs keçilən bir yer deyil, həm də şəxsiyyətin formalaşdığı, xarakterin inkişaf etdiyi bir mühitdir. Lakin müasir dövrdə ən çox rast gəlinən problemlərdən biri olan təzyiq (bullying) bu formalaşma prosesində dərin izlər buraxır. Bullying – davamlı şəkildə sözlə, davranışla və ya sosial formada edilən təzyiq – həm məktəbin mühitinə, həm də şagirdlərin psixoloji vəziyyətinə mənfi təsir göstərən ciddi bir problemdir. Məktəbdə bullyingi fiziki (itələmə, vurma), sözlü (təhqir, lağ, alçaltma) və sosial (kənarlaşdırma, tək qoyma) təzyiq olaraq üç kateqoriyaya ayırmaq olar.

Məktəb, bir çox uşağın unudulmaz xatirələrini formalaşdırdığı bir yerdir. Lakin bəzi uşaqlar məktəb həyatında saysız-hesabsız bullyingə məruz qalır. Sözlə edilən təzyiq ən çox rast gəlinən haldır. Bu növ təzyiqə lağa qoymaq, pis niyyətli ləqəblər qoşmaq və şagirdin özünə hörmətini azaltmağa yönəlmiş ifadələr daxildir. Sosial təzyiq zamanı isə şagird məqsədli şəkildə oyuna, qrupa və ya layihəyə daxil edilmir. Bu da şagirdin özünü tənha və dəyərsiz hiss etməsinə səbəb olur. “Sən bacarmırsan” kimi ifadələr isə psixoloji problemlərə yol aça bilər. Sosial təzyiqlə yanaşı, fiziki təzyiq də müşahidə olunur. Məsələn, itələmə və ya kobud davranışlar şagirdi təhlükə ilə üzləşdirə bilər.

Aqressiv və ya diqqətsiz ailələrdən gələn uşaqların davranışları məktəbdə özünü göstərə bilər. Məktəbdə qaydaların tətbiq olunmaması və müəllim nəzarətinin az olması da bullyingin baş verməsinə səbəb ola bilər. Təəssüf ki, bullying yalnız şagirdlər arasında deyil, bəzən müəllim və ya məktəb rəhbərliyi tərəfindən də şagirdə qarşı tətbiq oluna bilər. Məsələn, şagirdin etdiyi sadə bir səhv hamının qarşısında sərt tənqid edilərsə və ya istehza ilə vurğulanarsa, bu, təlim prosesi deyil, psixoloji təsirə çevrilir. “Səndən adam olmaz” kimi ifadələr, şagirdin özünə dəyər hissini zədələyən cümlələrdir.

Bir başqa təzyiq forması isə davamlı müqayisələrdir. Müəllimin bir şagirdi digər həmyaşıdları ilə müqayisə etməsi, “Bax, filankəs necə oxuyur, sən niyə bacarmırsan?” deməsi motivasiya yaratmaq əvəzinə, şagirdin özünə inamını zəiflədir. Uşaq özünü daim geridə görür və bacarıqları ilə bağlı mənfi düşüncələr formalaşdırır. Eyni zamanda, məktəbdə ədalətsiz yanaşma da ciddi psixoloji yük yaradır. Bir şagirdin davamlı olaraq günahkar çıxarılması, hər hadisədə onun üzərinə getilməsi və qaydaların hamıya eyni şəkildə tətbiq olunmaması ədalət hissini zədələyir. Bu, şagirdin həm məktəbə, həm də müəllimlərə münasibətində inamsızlıq yaradır.

Şagirdin sözünü kəsmək, onu danışmağa qoymamaq və ya fikirlərinə dəyər verməmək uşağın “mənim fikrim önəmli deyil” düşüncəsinə səbəb olur. Halbuki sağlam təhsil mühitində hər bir şagird dinlənilməli və özünü ifadə etmək imkanı əldə etməlidir. Şagird hər hansı problemi danışmaq istədikdə onu ciddiyə almamaq, şikayət etdiyinə görə susdurmağa çalışmaq və ümumi qorxu mühiti yaratmaq təhsil müəssisəsində təhlükəsizlik hissini zəiflədir.

Təzyiq (bullying) problemi nə qədər sadə görünsə də, bu, yalnız təhsilin və ya bir şagirdin problemi deyil, həm də cəmiyyətin gələcəyi üçün həll edilməli olan sosial bir problemdir. Tərbiyə ilə təzyiq arasındakı sərhəd düzgün müəyyən edilmədikdə, şagirdlər özlərini dəyərsiz, anlaşılmamış və qorxu içində hiss edə bilərlər. Ona görə də məktəb mühiti hər bir şagird üçün təhlükəsiz, ədalətli və dinləyən bir yer olmalıdır. Təhsil yalnız o zaman sağlam şəkildə baş verir ki, uşaq burada özünü rahat və dəyərli hiss etsin.

Bullying-lə effektiv mübarizə həm məktəbin, həm müəllimlərin, həm də valideynlərin birlikdə hərəkət etməsini tələb edir. Uşaqlar kiçik yaşlardan etibarən empati, hörmət və qarşılıqlı anlayış kimi dəyərlərə öyrədilməlidirlər. Təlimlər və seminarlar bu mövzuda böyük rol oynayır. Valideynlər övladlarına empati, hörmət və anlayış kimi duyğuları kiçik yaşlardan öyrətməli, onların psixoloji vəziyyətinə həssas yanaşmalı, məktəb həyatına maraq göstərməli və hər hansı neqativ davranışı diqqətdən qaçırmamalıdır.

Məktəb hər birimizin həyatında iz buraxır. Bu izlərin yara yox, güvən olması isə bizim seçimlərimizdən asılıdır. Bəlkə də bugünkü davranışımız bir şagirdin gələcəyi üçün dönüş nöqtəsi ola bilər.

Öznur Nurlanqızı

Paraqraf.com

Loading

Visited 152 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Qərbi Azərbaycan İcması Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etdi
Next: Evi yararsız vəziyyətə düşdü, çadır qurub verdilər – Video

OXŞAR MÖVZULAR

ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026
IMG-20260421-WA0013

Ekspert: “Daxili investisiyaların artımı qeyri-neft sektorunun inkişafını sürətləndirə bilər”

admin 21 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.