Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Mirzoyan: Vaşinqton sammiti Cənubi Qafqaz üçün real “fürsət pəncərəsi” açıb
DÜNYA

Mirzoyan: Vaşinqton sammiti Cənubi Qafqaz üçün real “fürsət pəncərəsi” açıb

04 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin sammiti Bakı və İrəvan arasında nəqliyyat kommunikasiyalarının açılması üçün “fürsət pəncərəsi” açıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında çıxışı zamanı bildirib.

“Genişləndirilmiş əlaqə, o cümlədən “Tramp Marşrutu”nun (TRIP) həyata keçirilməsi, Cənubi Qafqazı Avropanı Mərkəzi Asiya ilə birləşdirən səmərəli və təhlükəsiz tranzit və logistika mərkəzinə çevirməyi hədəfləyir ki, bu da təkcə iqtisadi rifahı deyil, həm də regional təhlükəsizlik arxitekturasının gücləndirilməsinə töhfə verəcək. Bu kontekstdə biz Azərbaycanın Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı son bəyanatını alqışlayırıq”, – deyə Mirzoyan bildirib.

XİN rəhbəri həmçinin qeyd edib ki, ilk taxıl tədarükü artıq Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə Azərbaycan ərazisindən Ermənistana çatıb.

“Öz növbəsində, Ermənistan Türkiyədən Azərbaycana və oradan Türkiyəyə yük tranzitini təmin etməyə hazır olduğunu bəyan edib”, – deyə Mirzoyan qeyd edib və əlavə edib ki, regionun transformasiyasını tamamlayacaq növbəti əsas addım Ermənistanla Türkiyə arasında sərhədin açılması olacaq.

Ermənistan XİN başçısı əlavə edib ki, Minsk prosesinin bağlanması (1 dekabr 2025-ci ildən – red.) iki cənubi qafqaz ölkəsi arasındakı münaqişənin sonunu göstərəcəkdir.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Kanada Ukraynaya 143 milyon dollar hərbi yardım edəcək

Next

Futzal üzrə Azərbaycan Yüksək Liqasında IX turun iki matçı keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved