22 Sen 2026, Ça

Futzal üzrə Azərbaycan Yüksək Liqasında IX turun iki matçı keçirilib

PAYLAŞIN:

Futzal üzrə Azərbaycan Yüksək Liqasında IX turun iki matçı keçirilib.

Paraqraf.com xəbər verir ki, turun mərkəzi görüşündə “Neftçi” İK “Baku Fire”ni 8:4 hesabı ilə məğlub edib.

Digər görüşdə “Şuşa” “Lənkəran” üzərində qələbə qazanıb – 12:5.

Hər iki qarşılaşma “Olimpik Star”da baş tutub.

Qeyd edək ki, turun “Araz-Naxçıvan” – U-19 görüşü Naxçıvan təmsilçisinin UEFA Çempionlar Liqası matçında iştirakı ilə əlaqədar dekabrın 18-nə təyin olunub.

Loading