Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Monteneqro Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv edir
DÜNYA

Monteneqro Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv edir

27 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Monteneqro rəhbərliyi bu gün Türkiyə vətəndaşları üçün vizasız rejimi sürətləndirilmiş qaydada ləğv edəcək.

Paraqraf.com xəbər verir ki, bu barədə məlumatı Monteneqronun Baş naziri Miloyko Spayiç “X” hesabında açıqlayıb.

Buna səbəb isə yerli sakinin Podqoritsa şəhərində iki Türkiyə vətəndaşı tərəfindən bıçaqlanması olub.

“Biz Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti ləğv edilməsi barədə sürətləndirilmiş qaydada qərar qəbul edəcəyik. Qarşıdakı dövrdə iqtisadi fəaliyyəti və yaxşı ikitərəfli münasibətləri qorumaq, eləcə də qarşılıqlı maraqlara cavab verən optimal model tapmaq məqsədilə Türkiyə ilə intensiv danışıqlara başlayacağıq”, – Baş nazir bildirib.

Qeyd edək ki, oktyabrın 16-da Monteneqro polisi Podqoritsa sakinini bıçaqlamaqda şübhəli bilinən iki Türkiyə vətəndaşını saxlayıb. İnsidentdən sonra hadisə yerinə yüzlərlə insan toplaşıb və miqrantlara qarşı şüarlar səsləndiriblər. Bununla yanaşı, ölkənin hüquq-mühafizə orqanları digər qanun pozuntularına görə daha 45 Türkiyə vətəndaşını saxlayıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“20-ci əsrin ən gözəl oğlanı” vəfat etdi

Next

“Büdcə layihəsi ilk dəfə sülh şəraitində qəbul edilir”

Copyright 2026— Praqraf.com. All rights reserved