Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/“Büdcə layihəsi ilk dəfə sülh şəraitində qəbul edilir”
DÜNYA

“Büdcə layihəsi ilk dəfə sülh şəraitində qəbul edilir”

27 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Ermənistanda 2026-ci il üzrə büdcə layihəsi ilk dəfə sülh şəraitində qəbul edilir. Son 1 il 8 aydır ki, sərhəddə atışma səbəbindən heç bir əsgər həlak olmayıb”.

Paraqraf.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin 2026-cı il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, beləliklə, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanan razılaşma öz nəticələrini verir.

Paşinyan müzakirələr zamanı həmçinin Azərbaycana yük tranzitinə qoyulan məhdudiyyətlərin ləğv edilməsindən danışıb. O bildirib ki, bu qərar Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan üçün analoji məhdudiyyətlərin ləğv edilməsi barədə bəyanatına cavab olaraq verilib:

“Biz elə bu gündən Marqara-Yexeqnadzor-Sisian-Gorus maşrutu üzrə Türkiyədən Azərbaycana və əks istiqamətdə yük avtomobillərinin tranzitini təmin etməyə hazırıq”.

O əlavə edib ki, Ermənistan hələlik bu marşrutdan istifadə edəcək, çünki oradakı yollar və nəzarət-buraxılış məntəqələri standartlara cavab verəcək səviyyədədir.

Xatırladaq ki, N.Paşinyan oktyabrın 22-də Gürcüstanda baş tutan V İpək Yolu Beynəlxalq Forumunda çıxışı zamanı da ölkələr arasında ikitərəfli tranziti təmin etməyə hazır olduqlarını bildirmişdi.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Monteneqro Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv edir

Next

General Əlağa Şıxlinski adına 135 nömrəli məktəbin 55 illik yubileyi təntənə ilə qeyd olunub

Copyright 2026— Praqraf.com. All rights reserved