Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Xalq artisti Eyyub Yaqubovun ailəsindən daha bir istedadlı sənətçi musiqi aləminə qədəm qoyub.
CƏMİYYƏT

Xalq artisti Eyyub Yaqubovun ailəsindən daha bir istedadlı sənətçi musiqi aləminə qədəm qoyub.

20 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Paraqraf.com xəbər verir ki, söhbət Xalq artistinin bacısı oğlu Nağı Yaşardan gedir.

Xalq artisti Eyyub Yaqubov bacısı oğlunu ictimaiyyətə təqdim edərək ona öz dəstəyini bu sözlərlə bildirib:

“Nağını hələ uşaq yaşlarından musiqiyə qoymuşduq. Onun bu gün sənətə gəlməyi təsadüfi deyil. Mən onun istedadına inandığım üçün ona dəstəyəm. Bu gün də bu açıqlamanı ona görə verirəm ki, hər kəsə bildirim ki, o mənim bacım oğludur, qəlbən mənə yaxın adamdır. Bizdə istedad irsidir. Amma biz yaxşıya yaxşı, pisə pis deyən adamlarıq. O həm oxuyur, həm özü musiqi bəstələyir. Bizim borcumuz istedadı olana kömək etməkdir, həyasızlar onsuz da özlərinə yer tapır. Mən inanıram ki, o bu sənətdə öz sözünü deyəcək.

Məhəmməd Hadinin gözəl bir sözü var, deyir ki, “Elmin, hünərin, mərifətin varsa, buyur gəl, Yoxsa bu elm sahəsinə olma bir əngəl!”. Mən ona inanıram və bilirəm ki, hər şey yaxşı olacaq”.

Yaşar Nağı da öz növbəsində dəstəyə görə Xalq artistinə təşəkkürünü bildirərək, bu sənətdə dayısına laiqli sənətçi olacağına söz verib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda uşaqpulu verilə bilər, buna büdcəmiz yetərlidir?

Next

İsrail yenə sülhü pozdu – Yaxın Şərqdə gərginlik yenidən alovlanır

Copyright 2026— Praqraf.com. All rights reserved