Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 20
  • İsrail yenə sülhü pozdu – Yaxın Şərqdə gərginlik yenidən alovlanır

İsrail yenə sülhü pozdu – Yaxın Şərqdə gərginlik yenidən alovlanır

admin 20 Oktyabr 2025 5 minutes read
6a82dc62-04fc-45c7-93cb-98ae8395efbd
PAYLAŞIN:

Qəzzada elan olunan müvəqqəti atəşkəs beynəlxalq ictimaiyyət tərəfindən sülhə doğru bir ümid kimi qiymətləndirilmişdi. Lakin bu ümid çox çəkmədi. İsrail ordusunun Rəfah şəhərinə endirdiyi yeni hava zərbələri bölgədə vəziyyəti yenidən gərginləşdirdi. Atəşkəsdən dərhal sonra həyata keçirilən hücum İsrailin strateji planlarının dəyişmədiyini bir daha göstərdi.

İsrail Qəzzaya sülhdən sonra yenə hücum edib…

İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hava zərbələri endirib.

Bu haqda “Times of Israel” məlumat yayıb.

Mövzu ilə bağlı politoloq Tural İrfan “Paraqraf.com”a açıqlamasında bildirib ki, Qəzzada müvəqqəti atəşkəsin elan edilməsi İsrailin əsirlərinin azad edilməsi üçün bir manevr idi:

“İsrail yenidən atəşkəsi pozdu və Tramp da Həması günahkar hesab etdi. Xüsusən Əfqanıstanı Pakistanla müharibəyə sövq etmək cəhdinin boşa çıxması Qəzzada yenidən müharibəni davam etməyə meyl yaradır. Eyni zamanda, İsrail Suriyaya qarşı da təxribat planlarını davam etdirir. Müharibə alovunun sönməsini məğlubiyyəti kimi xarakterizə edən İsrail bəhanələr tapıb yenidən genosidə davam etmək istəyir.
İsrail nəinki təkcə Türkiyə və Suriya üçün bütün bölgə üçün ciddi təhlükə yaradır. Dövlət hədəfi kimi qonşu ölkələri işğal edərək “Böyük İsrail” yaratma strategiyasını izləyir. “Vəd edilmiş torpaqlar” inancını dövlət proqramına salaraq Nil çayından Fərata qədər özünün hesab edir. Heç kəs onun bu planınından vaz keçirməyə qadir deyil. Lakin müəyyən qədər bunu ləngitmək yaxud işğalı nəzərdə tutulan dövlətlərin qüdrətlənməsi baş verə bilər ki, bu da həmin planın baş tutmamasına imkan yaradar”.

İsrailin planı Suriyada mümkün qədər təxribatlar, üsyanlar, iğtişaşlar yaradıb separatçı təşkilatların əli ilə dövlətin möhkəmləndirilməsinə imkan verməməkdir:

“Suriyada əsas sərmayə qoyan və aparıcı təsirə malik olan Türkiyədir. İsrailin təxribatları regionda yeni münaqişə ocaqları yarada bilər. Onsuz da İsrailin məqsədi odur. Hətta Həmasın Suriyada fəaliyyətinə şərait yaratmaq istəyirlər ki, onu bəhanə edib Suriyanı da yenidən Qəzza kimi dağıtsınlar. Çünki vaxtilə İsrailin də iştirakı ilə Qərb dövlətləri tərəfindən İŞİD – də bu məqsədlə yaradılmışdı və onun bəhanəsi ilə İraqı və Suriyanı dağıtdılar, işğal edib sərvətini istismar etdilər. Hər halda Suriyada yeni münaqişə yaranmaması üçün Türkiyə ABŞ-lə danışaq aparmalı, əvvəlcə daxildəki qruplarla yol tapılmalıdır ki, dövlətə içəridən zərbə dəyməsin. Druzlar, Suriya Demokratik Qüvvələri, Ələvilər və digərləri İsrailin təsiri altında Suriyanı yenidən qan gölünə çevirib İsrailə təhvil vermək istəyir. Əgər ABŞ bunu istəmirsə İsrailə təsir göstərə bilər. Türkiyənin Suriyada təhlükəsizliyini təmin etməsi labüddür. Əgər İsrail hərbi müdaxilə edərsə, Türkiyənin cavab verməsi də qaçılmaz olacaq. İsrailin qonşu ölkələri zəif saxlamaq siyasəti guya təhlükəsizliyi üçündür. Ancaq reallıq budur ki, əksinə İsrail bununla özünə təhlükə yaradır. Zəif saxlamaq istədiyi ölkələrin içindən radikal silahlı qruplar yaranır və ümumi bölgə üçün təhlükə yaradır”.

ABŞ-nin Türkiyəni dəstəkləyəcəyinə inandırıcıdır:

“Çünki Tramp sülhə meyllidir və bu kimi münaqişələri həll etməyi də özünə fəxarət hesab edir. Ona görə marağı olacaq ki, Suriyada vəziyyət nornallaşsın. Əgər Ukrayna və Rusiya aranda sülh bərqərar olunsa belə, Qəzza və Həmasla bağlı problem davam edəcək. Çünki ABŞ-ni və İsrailin məqsədi Həması tam yox etmək və Qəzzanı İsrailin nəzarətinə keçirməkdir. Trampın müəyyən çağırışları olsa da, mahiyyəti etibarı ilə hazırda atəşkəsin pozulmasında Həması günahlandırması onu göstərir ki, atəşkəs anlaşması Həması aldadıb əsirləri azad etmək üçün bir manevr idi”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 35 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Xalq artisti Eyyub Yaqubovun ailəsindən daha bir istedadlı sənətçi musiqi aləminə qədəm qoyub.
Next: Qəsdən adam öldürməyin qanuni cəzası – vəkil açıqladı

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.