Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Azərbaycanda uşaqpulu verilə bilər, buna büdcəmiz yetərlidir?
CƏMİYYƏTİQTİSADİYYAT

Azərbaycanda uşaqpulu verilə bilər, buna büdcəmiz yetərlidir?

20 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycanda 1–18 yaş arası uşaqlara aylıq 100 manat uşaqpulu vermək üçün nə qədər vəsait lazımdır?

Azərbaycanda uşaqpulu məsələsi uzun illərdir gündəmdədir. Əhalinin sosial rifahının artırılması, gənc ailələrin dəstəklənməsi və demoqrafik artımın təşviqi baxımından bu addımın iqtisadi əsaslarının olub-olmaması maraq doğurur. Gəlin real rəqəmlərlə baxaq: əgər hökumət 1-18 yaş arası bütün uşaqlara ayda 100 manat uşaqpulu versə, dövlət büdcəsindən nə qədər vəsait tələb olunardı?

Rəsmi statistikaya görə, Azərbaycanın ümumi əhalisi 10 milyon 397 min 713 nəfərdir.

Bizim hesablama üçün 1–18 yaş qrupu əsas götürülüb. Bu, 0–14 yaş + 15–18 yaş intervallarını əhatə edir. 15–18 yaş təxminən 4,5% hesablandıqda, ümumi pay 26,8% olur.

Əgər hər bir uşağa ayda 100 manat uşaqpulu verilsə, aylıq ümumi xərc 278,7 milyon manat edəcək.

İllik ümumi xərc isə 3 milyard 344 milyon 400 min manat edir.

Azərbaycanın 2025-ci ilin ilk 9 ayı üzrə dövlət büdcəsində 4 milyard 474,2 milyon manat artıq vəsait (profisit) formalaşıb.

Vəsait artıq qalıbsa, artıq vəsait uşaqpulu üçün yetərlidirmi?

Uşaqpulu üçün illik tələb olunan vəsait: 3,34 milyard manat

2025-ci ilin artıq büdcə vəsaiti: 4,47 milyard manatdır. 4,47 – 3,34 = 1,13 milyard manat artıq qalır.

Deməli 2026-cı ildə istəsək uşaqpulu verə bilırik. Nə mane olur?

Razi Abasbəyli

paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Etibar Əliyevdən sensasiyalı tənqid: “Ramiz Mehdiyev haqqında yazılanların hamısı yalandır!”

Next

Xalq artisti Eyyub Yaqubovun ailəsindən daha bir istedadlı sənətçi musiqi aləminə qədəm qoyub.

Copyright 2026— Praqraf.com. All rights reserved