PAYLAŞIN:

Ukrayna Rusiyanın bir sıra regionlarında neft emalı müəssisələrinə zərbələr endirib.

Paraqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, zərbələr Ryazan vilayətindəki neft emalı zavoduna, Perm vilayəti və Tatarıstandakı neft emalı obyektlərinə endirilib.

Öz növbəsində, Tatarıstan Rəisi Rüstəm Minnixanovun mətbuat xidməti regiona pilotsuz uçuş aparatları vasitəsilə zərbələr endirildiyini təsdiqləyib: “Hücum nəticəsində həm mülki, həm də sənaye obyektində cüzi zədələnmələr qeydə alınıb”.

Məlumata görə, ölən və xəsarət alan yoxdur, dağıntılar qeydə alınmayıb.

 

Paraqraf.com 

Loading