PAYLAŞIN:

Kabardin-Balkar Respublikasının (Rusiya) Bezengi dərəsində qar uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Paraqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regional FHN Baş İdarəsi bildirib.

Qurumun məlumatına görə, daha altı alpinistin taleyi hələ məlum deyil. Ümumilikdə 33 nəfərlik qrup uçqun altında qalıb.

“10 nəfər müstəqil şəkildə enib, altı alpinist xəsarət alıb və tibb müəssisələrinə çatdırılıb”, – deyə FHN əlavə edib.

Qeyd olunur ki, axtarış əməliyyatına 50-dən çox xilasedici cəlb edilib.

Rusiyanın İstintaq Komitəsi səhlənkarlıq üzrə cinayət işi qaldırıb.

 

Paraqraf.com 

Loading