Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“Heydər Əliyev Kuboku” uğrunda turnirin finalçıları bəlli olub
İDMAN

“Heydər Əliyev Kuboku” uğrunda turnirin finalçıları bəlli olub

25 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirində finalçılar müəyyənləşib.

Paraqraf.com xəbər verir ki, İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində yarımfinal matçları keçirilib.

İlk görüşdə Fövqəladə Hallar Nazirliyinin komandası “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsininin komandasını 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Digər yarımfinal qarşılaşmasında isə Ədliyyə Nazirliyi ilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq (5:4) olan Ədliyyə Nazirliyi finala vəsiqə qazanıb.

Qeyd edək ki, iyunun 27-də turnirin final və üçüncülük uğrunda görüşləri keçiriləcək.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qran-pri: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Next

15 yaşadək futbolçular arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək

Copyright 2026— Praqraf.com. All rights reserved