Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/15 yaşadək futbolçular arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
İDMAN

15 yaşadək futbolçular arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək

25 İyun 2026 1 Min Read
PAYLAŞIN:

FIFA Şurasının Bürosunun qərarına əsasən, 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatı və 2026-cı il Festivalı Azərbaycanda keçiriləcək.

Paraqraf.com AFFA-ya istinadən xəbər verir ki, turnir bu il oktyabrın 22-31-də təşkil olunacaq.

Yarışda ali futbol qurumuna üzv olan milli assosiasiyaların U-15 komandaları iştirak edə biləcəklər.

FIFA bu qərarı qəbul edərkən Azərbaycanın müasir idman infrastrukturu, beynəlxalq standartlara cavab verən idman obyektləri və irimiqyaslı beynəlxalq yarışların təşkilində qazandığı uğurlu təcrübəni nəzərə alıb. Turnirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünya futbolunda artan nüfuzunun və beynəlxalq idman tədbirlərinə ev sahibliyi imkanlarının növbəti təsdiqidir.

Qeyd edək ki, FIFA 2025-ci ilin dekabrında U-15-lər arasında dünya çempionatının təsis olunması barədə qərar qəbul edib.

Xatırladaq ki, FIFA-nın İcraiyyə Komitəsinin 2025-ci il 2 oktyabr tarixində keçirilmiş iclasında 2027-ci ildə təşkil olunacaq U-20-lər arasında dünya çempionatının final mərhələsinə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi açıqlanıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Heydər Əliyev Kuboku” uğrunda turnirin finalçıları bəlli olub

Next

Braziliya dünya çempionatları tarixində 50 “quru” qələbə qazanan ilk komanda olub

Copyright 2026— Praqraf.com. All rights reserved