Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SAĞLAMLIQ/ABŞ hantavirus epidemiyası ilə mübarizənin başa çatdığını elan etdi
SAĞLAMLIQ

ABŞ hantavirus epidemiyası ilə mübarizənin başa çatdığını elan etdi

25 İyun 2026 1 Min Read
PAYLAŞIN:
ABŞ-da hantavirus infeksiyasının yayılmasına qarşı aparılan mübarizənin aktiv mərhələsi rəsmi olaraq başa çatmış hesab olunur. Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (“CDC”) direktoru Cey Bhattaçariya bildirib.
Paraqraf.com xəbər verir ki, bəlumatı “The Wall Street Journal” yayıb.
Rəsmisinin sözlərinə görə, qəbul edilən qərar hökumətin indiyədək hantavirusun qarşısının alınmasına yönəltdiyi əhəmiyyətli maddi və insan resurslarını digər istiqamətlərə yönəltməyə imkan verəcək.
Bhattaçariya qeyd edib ki, epidemiyanın pik dövründə onunla mübarizəyə “CDC”nin 100-dən çox mütəxəssisi cəlb olunmuşdu. İndi həmin əməkdaşlar digər prioritet vəzifələr üzərində işləyə biləcəklər.
Bu həftənin əvvəlində hantavirusun yayıldığı əsas ocaqlardan biri hesab edilən “MV Hondius” kruiz gəmisində olan 18 ABŞ vətəndaşının hamısı təcrid rejimindən azad edilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gəminin üç sərnişininin həyatını itirdiyini təsdiqləyib. Hazırda isə kruiz gəmisi artıq yeni səfərinə başlayıb.
Ötən həftə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, son üç həftə ərzində dünyada hantavirus infeksiyasına yeni yoluxma halı qeydə alınmayıb. Eyni zamanda, bir aydan artıqdır ki, xəstəliklə bağlı ölüm faktı da qeydə alınmayıb.
Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

161 nömrəli məktəbin müəllimi sertifikasiyada 53 bal topladı – direktor onu güllə təbrik etdi

Next

Qaraciyərə zərər verə bilən 4 əlavə – Həkimlərdən xəbərdarlıq

Copyright 2026— Praqraf.com. All rights reserved