Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçirilib
ELM VƏ TƏHSİL

Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçirilib

12 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirib.

Paraqraf.com xəbər verir ki, imtahanda namizədlərə xüsusi icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60 sual, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim edilib.

Qanunvericilik üzrə hər sual 1 balla, digər suallar üzrə hər biri 0,5 balla qiymətləndirilir, keçid balı isə 55-dir.

İmtahanda 94 namizəd iştirak edib. Namizədlər test imtahanını yekunlaşdırdıqda, topladıqları bal barədə məlumatla tanış olmaq imkanına malikdirlər.

Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən, habelə həmin imtahandan azad olunmuş və müsahibədə iştirak etmək istəyən şəxslər “Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydası”nın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində saat 9:00-dan 18:00-dək Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər.

Təqdim etdiyi sənədlərə görə “Xüsusi icra məmurları haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə, müsahibəyə buraxılacaqlar.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır

Next

Bəzi rayonlara leysan yağır – FAKTİKİ HAVA

Copyright 2026— Praqraf.com. All rights reserved