Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
ELM VƏ TƏHSİL

Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır

12 İyun 2026 2 Min Read
PAYLAŞIN:

“Yüksəliş” müsabiqəsinin idarəetmə bacarıqları mərhələsinə 1468 iştirakçı keçib.

Paraqraf.com xəbər verir ki bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib.

O bildirib ki, idarəetmə bacarıqları mərhələsinə keçid edən iştirakçıların təhsil göstəriciləri isə müsabiqənin insan kapitalı baxımından əhəmiyyətini daha aydın göstərir: “Bu mərhələyə keçid edən 1468 iştirakçı arasında bakalavr təhsilini Azərbaycanda alanların sayı 1338 nəfər, xaricdə təhsil alanların sayı 98 nəfər, həm Azərbaycanda, həm də xaricdə təhsil alanların sayı isə 32 nəfərdir. Magistratura səviyyəsində təhsil alan və ya almış iştirakçıların ümumi sayı 1171 nəfərdir. Onlardan 874 nəfəri magistratura təhsilini Azərbaycanda, 214 nəfəri xaricdə, 83 nəfəri isə həm Azərbaycanda, həm də xaricdə alıb. Doktorantura və aspirantura üzrə isə ümumilikdə 178 iştirakçı qeydə alınıb. Onlardan 135 nəfəri bu təhsil pilləsini Azərbaycanda, 41 nəfəri xaricdə, 2 nəfəri isə həm Azərbaycanda, həm də xaricdə davam etdirib və ya tamamlayıb”.

F.Hacıyev vurğulayıb ki, bu rəqəmlər “Yüksəliş” müsabiqəsi müxtəlif təhsil təcrübəsinə malik iştirakçıları bir araya gətirən geniş miqyaslı idarəçilik platforması olduğunu göstərir: “Müsabiqənin insan kapitalına töhfəsini göstərən mühüm məqamlardan biri də qaliblərin təhsil və inkişaf tarixçəsidir. Bu günədək müsabiqənin 116 qalibi müəyyən olunub. Onlardan 25 nəfəri “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış şəxslərdir. Bu göstərici dövlətin təhsilə və peşəkar inkişafa yönəlmiş siyasətinin bir-birini tamamlayan nəticələr verdiyini göstərir. Bununla yanaşı, müsabiqədə müxtəlif dövlət proqramlarının məzunlarının iştirakı da insan kapitalına qoyulan investisiyanın davamlılığını nümayiş etdirir. Bu, əldə olunan bilik və təcrübənin ölkə daxilində yenidən dəyərləndirilməsi və idarəetmə sisteminə inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır”.

İşçi qrupunun rəhbəri qeyd edib ki, “Yüksəliş” müsabiqəsi yalnız bir seçim prosesi deyil, insan kapitalının idarə olunması və inkişaf etdirilməsi üçün strateji platformadır: “Burada əsas məqsəd qalibləri müəyyən etməkdən daha genişdir. Məqsəd ölkənin gələcəyində rol oynaya biləcək idarəçilərin aşkar olunması, onların inkişafına dəstək verilməsi və idarəetmə sisteminə inteqrasiyasıdır. Müasir dövrdə uğurlu dövlətlərin əsas fərqi məhz insan kapitalına sistemli yanaşma, şəffaf seçim mexanizmləri və davamlı inkişaf imkanlarına əsaslanmış yanaşmadır. “Yüksəliş” müsabiqəsi də bu baxımdan Azərbaycanın müasir idarəetmə modelində mühüm yer tutur və gələcək üçün güclü kadr bazasının formalaşdırılmasına xidmət edir”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Next

Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved