Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/“Sağlam Ailə – Güclü Cəmiyyət” Ailə Dəyərləri və Sosial Həmrəylik Forumu keçirilib
ELM VƏ TƏHSİLMANŞET

“Sağlam Ailə – Güclü Cəmiyyət” Ailə Dəyərləri və Sosial Həmrəylik Forumu keçirilib

10 İyun 2026 3 Min Read
PAYLAŞIN:

Həmvətənlərə Dəstək İctimai Birliyi, Koalisiya Events Production və Aniza İnklüziv İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Sağlam Ailə – Güclü Cəmiyyət” Ailə Dəyərləri və Sosial Həmrəylik Forumu Qobu qəsəbəsi 3 nömrəli tam orta məktəbdə keçirilib.

Forumda millət vəkili, dövlət və ictimai qurumların nümayəndələri, qazilər, şəhid ailələri, təhsil və media nümayəndələri, gənclər və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Forumun açılışında çıxış edən Həmvətənlərə Dəstək İctimai Birliyinin sədri, Qarabağ qazisi Simarə Süleymanova ailə institutunun qorunmasının və milli-mənəvi dəyərlərin yaşadılmasının cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Daha sonra tədbirin təşkilatçılarından biri, Həmvətənlərə Dəstək İctimai Birliyinin siyasi məsələlər üzrə sədr müavini, Dərya Group-un icraçı direktoru, Koalisiya Production-un rəhbəri, Paraqraf.com xəbər portalının baş redaktoru, media və yaradıcı layihələr üzrə təşkilatçı Həsən Məmmədov “Ailə dəyərlərinin qorunmasında media və ictimai təşəbbüslərin rolu” mövzusunda çıxış edib. O, ailə institutunun möhkəmləndirilməsində medianın, vətəndaş cəmiyyəti institutlarının və ictimai təşəbbüslərin əhəmiyyətindən danışaraq, milli-mənəvi dəyərlərin qorunmasının cəmiyyətin davamlı inkişafı üçün vacib olduğunu bildirib.

Forum çərçivəsində klinik psixoloq Zəhra Quliyeva “Valideyn-övlad münasibətlərində sağlam ünsiyyət və emosional bağlılıq” mövzusunda çıxış edərək ailədaxili münasibətlərdə qarşılıqlı anlaşmanın, düzgün ünsiyyətin və emosional bağlılığın əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov “Milli-mənəvi dəyərlərin və ailə institutunun qorunmasında dövlət siyasəti” mövzusunda fikirlərini bölüşüb. Deputat ailə institutunun gücləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.

Forumun əsas hissəsində “Azərbaycan ailəsinin müasir çağırışları: dəyərlər, tərbiyə və gələcək nəsil” mövzusunda panel müzakirəsi təşkil olunub. Panel zamanı ailə institutunun qarşılaşdığı müasir çağırışlar, gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması, ailə-məktəb-cəmiyyət əməkdaşlığı və sosial həmrəyliyin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbirin bədii hissəsi də iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan musiqisinin tanınmış nümayəndəsi Aybəniz Haşımovanın tələbələri, bacı-qardaş ifaçılar Günəş Qəmbərova və Fərman Qəmbərov öz musiqi nömrələri ilə forumun bədii proqramına rəng qataraq iştirakçılara xoş anlar yaşadıblar. Onların vətənpərvərlik və milli dəyərləri tərənnüm edən çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sonda forum iştirakçıları ailə dəyərlərinin qorunması, sağlam nəsillərin yetişdirilməsi və cəmiyyətin inkişafında ailənin rolunun daha da artırılması istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Forumun sonunda tədbirin yüksək səviyyədə təşkilinə və səmərəli keçirilməsinə göstərdiyi dəstəyə görə Qobu qəsəbəsi 3 nömrəli tam orta məktəbin rəhbərliyinə və kollektivinə təşəkkür ifadə olunub. Qeyd edilib ki, bu cür maarifləndirici və sosial əhəmiyyətli təşəbbüslərin həyata keçirilməsində təhsil müəssisələrinin dəstəyi xüsusi önəm daşıyır.

Qeyd edək ki, “Sağlam Ailə – Güclü Cəmiyyət” Forumu ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, sosial həmrəyliyin artırılması və sağlam cəmiyyət modelinin təşviqinə töhfə vermək məqsədilə təşkil olunub.

 

 

 

 

 

 

Həsən Məmmədov
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Uzun illər futbol idarəçiliyində buraxılmış səhvlərin nəticələrini görürük”

Next

Politoloq: “Yaxın Şərqdə mümkün eskalasiya dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək”

Copyright 2026— Praqraf.com. All rights reserved