Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Səfir: Litva və Azərbaycanın sovet repressiyaları ilə bağlı ortaq faciəvi tarix səhifələri var
SİYASƏT

Səfir: Litva və Azərbaycanın sovet repressiyaları ilə bağlı ortaq faciəvi tarix səhifələri var

08 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycan və Litvanın sovet repressiyaları ilə bağlı ortaq faciəvi tarix səhifələri var ki, bunun nəticəsində hər iki ölkə görkəmli ziyalı nümayəndələrini, din xadimlərini, siyasi xadimlərini və on minlərlə vətəndaşını itirib.

Paraqraf.com xəbər verir ki, bu barədə Litvanın Bakıdakı səfiri Kyastutis Vaşkelyaviçyus Azərbaycan və Litvanın siyasi repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, iki ölkəni ayıran minlərlə kilometr məsafəyə baxmayaraq, Litva və Azərbaycan xalqlarını oxşar tarixi təcrübə birləşdirir.

“Litvalılar və azərbaycanlılar bir-birindən minlərlə kilometr uzaqda yaşaya bilərlər, lakin xalqlarımızı keçmişin faciəvi səhifələri birləşdirir. Həm Litva, həm də Azərbaycan sovet repressiyalarından əziyyət çəkib. Hər iki ölkə – yeganə “günahı” öz millətinə, inancına, mədəniyyətinə və azadlığına sevgisi olan görkəmli ziyalılarını, müəllimlərini, siyasi və din xadimlərini və sıravi vətəndaşlarını itirib”, – diplomat qeyd edib.

O vurğulayıb ki, kütləvi həbslər, edamlar, deportasiyalar minlərlə insanın taleyini məhv etdi: “Onların çoxu Sibir sürgünündən geri qayıtmadı, bütöv ailələr isə sürgündə yox oldu. Ağır sınaqlara baxmayaraq, insanlar öz dilini, mədəniyyətini və evə qayıtmaq ümidini qoruyub saxlayırdılar”.

Səfir, həmçinin Stalin repressiyaları illərində Azərbaycan ziyalılarının faciəsini xatırladıb, görkəmli şair Mikayıl Müşfiqin taleyini xüsusi qeyd edib: “O, öz əsərlərində nikbinliyi və həyata inamı əks etdirirdi, lakin özü azad fikirdən və müstəqillikdən qorxan bir sistemin qurbanına çevrildi. Şairi susmağa məcbur edəndə, xalq öz səsinin bir hissəsini itirir”.

Tədbir zamanı digər görkəmli Azərbaycan ədəbiyyat xadimlərinin – Əhməd Cavad və Hüseyn Cavidin talelərinə də xüsusi diqqət yetirilib. Həmçinin sovet hakimiyyətinin repressiv siyasətinin qurbanı olmuş Litva xalqının tanınmış xadimləri də xatırlanıb.

Tədbirdə həmçinin Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Milli Məclisin deputatları, tarixçilər, eləcə də Mikayıl Müşfiq və Dilbər Axundzadənin ailə üzvləri çıxış ediblər.

Onlar gənc nəslin maarifləndirilməsi üçün totalitar rejim qurbanlarının xatirəsinin qorunub saxlanılmasının vacibliyini vurğulayıblar.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib

Next

Fərid Şəfiyev Çində ŞƏT-ə üzv ölkələrin Beyin Mərkəzləri Forumunda iştirak edib

Copyright 2026— Praqraf.com. All rights reserved