Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Fərid Şəfiyev Çində ŞƏT-ə üzv ölkələrin Beyin Mərkəzləri Forumunda iştirak edib
SİYASƏT

Fərid Şəfiyev Çində ŞƏT-ə üzv ölkələrin Beyin Mərkəzləri Forumunda iştirak edib

08 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri (BMTM) Fərid Şəfiyev Çində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Beyin Mərkəzləri Forumunda iştirak edib.

Bu barədə Paraqraf.com-a qurumdan məlumat verilib.

Bildirilib ki, BMTM sədri “ŞƏT-in inkişaf perspektivləri” mövzusunda sessiyada çıxış edib. O, çıxış zamanı ŞƏT-in çoxtərəfli əməkdaşlıq və diplomatiya üçün mühüm platforma olduğunu bildirərək təşkilatın genişlənməsi fonunda qərarqəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Forumun ikinci günündə BMTM və Şanxay Siyasi Elmlər və Hüquq Universitetinin (SHUPL) birgə təşkilatçılığı ilə “Çin və Cənubi Qafqaz: İpək Yolunun Birgə Dirçəldilməsi” mövzusunda paralel tədbir keçirilib. Müzakirələr zamanı Cənubi Qafqazın Avrasiya məkanında nəqliyyat və ticarət əlaqələrinin genişləndirilməsində, eləcə də müasir İpək Yolunun inkişafında artan rolu ətrafında fikir mübadiləsi aparılıb.

Fərid Şəfiyev çıxışında Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən strateji nəqliyyat və ticarət dəhlizlərinin mühüm qovşağı kimi mövqeyinin möhkəmləndiyini vurğulayıb.

Qeyd edək ki, forum çərçivəsində son 25 ildə ŞƏT-in gələcək inkişaf istiqamətləri və strateji baxışı əsas müzakirə mövzuları sırasında olub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Səfir: Litva və Azərbaycanın sovet repressiyaları ilə bağlı ortaq faciəvi tarix səhifələri var

Next

Azərbaycan və Danimarka səhiyyə sektorunda tərəfdaşlıq imkanlarını müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved