Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Əraqçi yeddi ölkədən olan həmkarları ilə regiondakı vəziyyəti müzakirə edib
DÜNYA

Əraqçi yeddi ölkədən olan həmkarları ilə regiondakı vəziyyəti müzakirə edib

08 İyun 2026 1 Min Read
PAYLAŞIN:

İranın xarici işlər naziri Abbas Əraqçi bir sıra ölkələrdən olan həmkarları ilə telefon danışıqları aparıb.

Paraqraf.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, A.Əraqçi Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Fransanın xarici işlər naziri Jan-Noel Barro, Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani, İraqın xarici işlər naziri Fuad Hüseyn, Misirin xarici işlər naziri Bədr Əbdelatti, Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud və Pakistan ordusunun qərargah rəisi feldmarşal Asim Münirlə telefon danışıqları aparıb.

Qeyd olunub ki, danışıqlar zamanı A.Əraqçi onları regiondakı son hadisələr ətrafında İranın mövqeyi barədə məlumatlandırıb və Tehranın regiondakı eskalasiyanın amili olmadığını bildirib.

Xatırladaq ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. Tehran öz zərbəsini İsrail Müdafiə Ordusunun Livanda radikal “Hizbullah” təşkilatına qarşı davam edən əməliyyatı ilə əsaslandırıb. Buna cavab olaraq İsrail ordusu İranın mərkəzi və qərb bölgələrindəki hərbi obyektlərə zərbə endirib.

ABŞ Prezidenti Donald Tramp İran və İsraili təmkinli olmağa çağırıb, lakin bunun heç bir nəticəsi olmayıb.

Daha əvvəl İranın rəsmi şəxsləri və hərbçiləri münaqişənin eskalasiyası halında İsrailə, ABŞ-yə və onların müttəfiqlərinə yenidən raket zərbələri endirməyə hazır olduqları barədə xəbərdarlıq ediblər.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

XİN: Rusiya Moldova ərazisinə düşən istənilən PUA-ya görə məsuliyyət daşıyır

Next

Paşinyanın partiyası Ermənistanda seçkilərdə qalib gəlib

Copyright 2026— Praqraf.com. All rights reserved