Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Braziliya ət tədarükünə qoyulan qadağaya görə Aİ-yə qarşı cavab tədbirləri görə bilər
DÜNYA

Braziliya ət tədarükünə qoyulan qadağaya görə Aİ-yə qarşı cavab tədbirləri görə bilər

07 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Braziliya hökuməti Avropa İttifaqının (Aİ) ölkədən ət məhsullarının tədarükünə məhdudiyyətlər tətbiq etmək qərarı fonunda cavab addımları atma variantlarını araşdırır.

Paraqraf.com xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin ticarət və beynəlxalq əlaqələr üzrə katibi Luis Rua “Folha de S. Paulo” nəşrinə müsahibəsində bildirib.

“Əgər bizə tərəfdaş kimi yanaşılmadığı qənaətinə gəlsək, [Aİ-yə qarşı] hansı cavab addımlarını ata biləcəyimizlə bağlı artıq müəyyən hazırlıqlarımız var”, – qurumun nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, Braziliya tərəfi danışıqlar prosesi zamanı Aİ-nin tətbiq etdiyi baryerlərin aradan qaldırılmasına nail olacağına ümid edir. O diqqətə çatdırıb ki, beynəlxalq ticarət sistemində respublikanın tətbiq etmək hüququna malik olduğu “qarşılıqlılıq prinsipi” mövcuddur.

Qeyd edək ki, iyunun 5-də Aİ Braziliyadan ət idxalına qadağan edən tədbirləri rəsmən təsdiqləyib. Brüssel öz qərarını onunla əsaslandırıb ki, Cənubi Amerika dövləti, ehtimal ki, heyvandarlıq sahəsində antimikrob vasitələrdən həddindən artıq istifadəyə nəzarət normalarının pozulmasına yol verib.

Rua təsdiqləyib ki, Braziliya Avropa İttifaqına tələb olunan bütün texniki zəmanətləri təqdim etməyə və Avropa bazarına ət məhsulları tədarükçüsü kimi öz mövqelərini bərpa etməyə qadirdir.

Daha əvvəl yerli “Brasil 247” portalı hesablayıb ki, Braziliya Aİ-nin qərarı səbəbindən 1,8 milyard dollardan çox məbləğdə zərər çəkə bilər.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ konqresmeni İrana təkrar zərbələrin qaçılmaz olduğunu bildirib

Next

KXDR heç bir halda nüvə silahından imtina etməyəcəyini açıqlayıb

Copyright 2026— Praqraf.com. All rights reserved