Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/ABŞ konqresmeni İrana təkrar zərbələrin qaçılmaz olduğunu bildirib
DÜNYA

ABŞ konqresmeni İrana təkrar zərbələrin qaçılmaz olduğunu bildirib

07 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Konqresin Nümayəndələr Palatasının üzvü Pet Fellon (Texas ştatından Respublikaçı) ABŞ-nin İran ərazisinə zərbələri bərpa edəcəyini bildirib.

Paraqraf.com xəbər verir ki, konqresmen öz mövqeyini “Fox News” telekanalının efirində açıqlayıb.

Parlamentaridən Amerika liderinin Tehranla danışıqlardan imtina edərək İslam Respublikasının ərazisinə zərbələr endirməli olub-olmadığını soruşublar. Nümayəndələr Palatasının Silahlı qüvvələr üzrə komitəsinin və Amerika Konqresi aşağı palatasının Kəşfiyyat üzrə xüsusi komitəsinin üzvü olan Fellon: “Düşünürəm ki, bu, qaçılmaz olaraq baş verəcək”, – deyə cavab verib.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, İranla danışıqlar uğurla gedir. Amerika lideri həmçinin qeyd edib ki, Tehranın zərbələri nəticəsində Amerika hərbçilərinin həlak olacağı halda, ABŞ İslam Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə hazırdır.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tayvan Çinin hərəkətlərinə cavab olaraq sahil mühafizəsi gəmilərini göndərib

Next

Braziliya ət tədarükünə qoyulan qadağaya görə Aİ-yə qarşı cavab tədbirləri görə bilər

Copyright 2026— Praqraf.com. All rights reserved