Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Arkadağda Şirvani və Azadinin yaradıcılığına həsr olunan elmi konfrans keçirilib
MƏDƏNİYYƏT

Arkadağda Şirvani və Azadinin yaradıcılığına həsr olunan elmi konfrans keçirilib

07 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 6-da Arkadağ şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvani və tanınmış türkmən şair Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunmuş elmi konfrans təşkil olunub.

Paraqraf.com xəbər verir ki, Dövlətməmməd Azadi adına Şəhər Kitabxanasında təşkil edilən konfransdan əvvəl tədbir iştirakçıları kitabxana ilə tanış olublar.

Konfrans Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq İlqar Fəhminin moderatorluğu ilə gerçəkləşib.

Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Milli Məclisin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü Hikmət Babaoğlu, Azərbaycan Milli Kitabxanasının direktoru, professor, Əməkdar mədəniyyət işçisi, Türk Dünyası Milli Kitabxanaları Birliyinin sədri Kərim Tahirov və Türkmənistan ədəbiyyatşünasları çıxış edərək hər iki ədibin həyat və yaradıcılıq yolundan söz açıblar.

Qeyd olunub ki, XVIII əsr klassik türkmən ədəbiyyatının inkişafında, onun yeni məzmun və ideyalarla zənginləşməsində xidmətləri olan Dövlətməmməd Azadi təxminən 40 illik yaradıcılıq fəaliyyətində humanist duyğular carçısı kimi şöhrət qazanıb.

Bildirilib ki, Seyid Əzim Şirvani klassik qəzəl məktəbinin qüdrətli nümayəndəsi olmaqla yanaşı, XIX əsrdə Azərbaycanda maarifçi düşüncənin inkişafına mühüm töhfələr verib.

Çıxışlardan sonra Azərbaycan və türkmən qiraətçiləri hər iki şairin şeirlərini səsləndiriblər.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Arkadağda Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının konserti olub

Next

Məşhur ağrıkəsicilər sağlamlığınıza zərər verə bilər: Problem nədir?

Copyright 2026— Praqraf.com. All rights reserved