Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Arkadağda Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının konserti olub
MƏDƏNİYYƏT

Arkadağda Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının konserti olub

07 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti baş tutub.

Paraqraf.com xəbər verir ki, tədbir Arkadağ şəhərində yerləşən Goroğlu adına Dövlət Atçılıq Sirkində keçirilib.

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Türkmənistanın mədəniyyət nazirinin müavini Nursahed Şirimov, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, hər iki ölkənin Mədəniyyət nazirliklərinin nümayəndələri, mədəni ictimaiyyət və media mənsubları iştirak ediblər.

Konsert proqramında hər iki ölkənin milli rəqslərindən ibarət rəngarəng kompozosiya təqdim edilib.

Azərbaycan və Türkmənistan xalqlarının zəngin mədəni irsini əks etdirən çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Daha sonra tədbir Türkmənistanın milli at şousu ilə davam edib. Şou zamanı atların iştirakı ilə müxtəlif akrobatik nömrələr nümayiş olunub.

Qeyd edək ki, Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri sabah ölkənin Aşqabad şəhərində davam etdiriləcək.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bolqarıstanda keçirilən festivalda Azərbaycanın mədəni irsi nümayiş olunub

Next

Arkadağda Şirvani və Azadinin yaradıcılığına həsr olunan elmi konfrans keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved