PAYLAŞIN:

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xerson vilayətinə endirdiyi dron zərbələri nəticəsində 6 nəfər ölüb, daha 27 nəfər yaralanıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.

Onun sözlərinə görə, zərbələr sosial infrastruktura, o cümlədən 6 çoxmərtəbəli və 9 fərdi yaşayış evinə endirilib.

Eyni zamanda, inzibati binaların, mağazaların, yanacaqdoldurma məntəqəsinin, şəxsi avtomobillərin və digər infrastrukturun zərər gördüyü vurğulanıb.

 

Paraqraf.com 

Loading