Rusiyada neft bazasında baş verən yanğının sahəsi 5 min kvadrat metrə çatır
Krasnodar diyarının Ust-Labinsk şəhərində yerləşən neft bazasının ərazisində baş verən yanğının sahəsi təxminən 5 min kvadrat metr təşkil edir.
Paraqraf.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ust-Labinsk rayonunun Vahid Dispetçer Xidməti məlumat yayıb.
Qeyd olunub ki, hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə bölmələri fəaliyyət göstərir.
Xidmətin məlumatına görə, ölən və xəsarət alanlar qeydə alınmayıb.
Paraqraf.com
![]()