PAYLAŞIN:

İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər Əfqanıstan vətəndaşları – 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgüldür.

Əməliyyat-qoşun tədbirləri DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilib.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 

Paraqraf.com 

Loading