PAYLAŞIN:

Rusiya mayın 30-dan etibarən Ermənistandan bir sıra təzə tərəvəz və giləmeyvələrin idxalına məhdudiyyət tətbiq edib.

Paraqraf.com-un Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən məlumatına görə, qadağaya pomidor, xiyar, bibər, göyərti məhsulları, eləcə də çiyələk daxil edilib.

Qurum məhdudlaşdırıcı tədbirlər barədə hələ mayın 28-də anons vermişdi.

“Qərar Ermənistan meyvə-tərəvəz məhsullarının tədarükü zamanı pozuntuların artması ilə əlaqədar və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə qəbul edilib”, – “Rosselxoznadzor”dan dəqiqləşdirilmişdi.

Qurum rəsmiləri qeyd ediblər ki, mövcud vəziyyət Rusiya ərazisinin fitosanitar rifahına təhlükə yaradır.

 

Paraqraf.com 

Loading