Skip to content
29 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 26
  • Özbəkistan Prezidenti: Bakıda WUF13 olduqca yüksək səviyyədə və uğurla təşkil edildi

Özbəkistan Prezidenti: Bakıda WUF13 olduqca yüksək səviyyədə və uğurla təşkil edildi

admin 26 May 2026 3 minutes read
f9d34ac9-7363-36ad-9ba7-321e752fe5cf_1200
PAYLAŞIN:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Paraqraf.com-un məlumatına görə, təbrikdə deyilir:

“Əziz Qardaşım.

Zati-alinizi və qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı bildirməkdən böyük məmnunluq duyuram.

Xüsusilə qeyd etmək istərdim ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycanda bütün sahələrdə mühüm dəyişikliklər və genişmiqyaslı islahatlar həyata keçirilir, xalqın rifahı və həyat səviyyəsi yüksəlir, regionlarda böyük quruculuq və abadlıq işləri aparılır.

Bu yaxınlarda məhz Sizin təşəbbüsünüzlə gözəl və bənzərsiz Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası olduqca yüksək səviyyədə və uğurla təşkil edildi. Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuz və mövqeyinin getdikcə daha da möhkəmləndiyinin növbəti parlaq göstəricisidir.

Əlbəttə, son illərdə birgə və qətiyyətli səylərimiz nəticəsində ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, mədəni-humanitar və digər prioritet sahələrdə əməkdaşlığın sürətlə inkişaf etməsi, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin tamamilə yeni mərhələyə yüksəlməsi bizə böyük məmnunluq bəxş edir.

Sizinlə müntəzəm olaraq keçirdiyimiz səmərəli görüşlər və qarşılıqlı dialoq nəticəsində əldə edilən mühüm razılaşmaların tam şəkildə icra olunmasının çoxşaxəli əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminəm.

Möhtərəm İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və yüksək məsuliyyət tələb edən ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə daim əmin-amanlıq, rifah və tərəqqi arzulayıram”.

 

Paraqraf.com 

Loading

Visited 2 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: MDB Baş katibi İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Next: Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

OXŞAR MÖVZULAR

ultvrpOI1ukJPN70nxSCxdOGeuIeDr9eGSJgGZ5M_1200

Slovakiya Prezidenti: Azərbaycanla ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndiririk

admin 28 May 2026
1XTe2Zw4erHvMEv5CdoB0DgUf9Y5ds5ppSvAP7nt_1200

Hindistan Prezidenti İlham Əliyevi təbrik edib

admin 27 May 2026
SB3MxbUhvk4X4pDVl76BAvEeLMnHVhe02H3KLlCF_1200

Baş nazir: Yunanıstan Azərbaycanla konstruktiv əməkdaşlığa əsaslanan tərəfdaşlığı yüksək qiymətləndirir

admin 27 May 2026

XƏBƏR LENTİ

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir Qt0bVFSlEICVH4ybMGSCjTEMb8Ywr4KUGefYUrVV_1200

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir

28 May 2026
Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib lrrvtJCaIhoc090LSiEcQhwh5fbxPCfRqk5nCwex_1200

Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib

28 May 2026
Slovakiya Prezidenti: Azərbaycanla ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndiririk ultvrpOI1ukJPN70nxSCxdOGeuIeDr9eGSJgGZ5M_1200

Slovakiya Prezidenti: Azərbaycanla ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndiririk

28 May 2026
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub SPMkZUuSEMQNc40l2Bm1Z4HNQblJ40MHSpykVM39_1200

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub

28 May 2026
“Yeniyetmə tələbələrin üzgüçülüyə marağı gündən-günə artır” – MƏŞQÇİ 26e3d287-9b85-479a-a35a-b19546a4861f

“Yeniyetmə tələbələrin üzgüçülüyə marağı gündən-günə artır” – MƏŞQÇİ

27 May 2026
Hindistan Prezidenti İlham Əliyevi təbrik edib 1XTe2Zw4erHvMEv5CdoB0DgUf9Y5ds5ppSvAP7nt_1200

Hindistan Prezidenti İlham Əliyevi təbrik edib

27 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.