PAYLAŞIN:

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı 28 May – Müstəqillik Günü, o cümlədən Qurban bayramı münasibətilə təbrik edib.

Paraqraf.com-un xəbərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova bununla bağlı parlamentin bu gün keçirilən plenar iclasında məlumat verib.

O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilməsini təklif edib.

Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.

 

Paraqraf.com 

Loading